Heqset: “Hörmüzdə əməliyyat davam edir, İranla atəşkəs qüvvədədir”
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ müdafiə naziri Pete Hegseth bildirib ki, Hörmüz boğazı ətrafında başladılan “Azadlıq Əməliyyatı”na baxmayaraq, İranla atəşkəs hələ də qüvvədə qalır.
Turkustan.az xəbər verir ki, Hegseth Pentaqon-da keçirilən mətbuat konfransında Dan Caine-ə bölgədəki son vəziyyətlə bağlı məlumat verib.
Nazir qeyd edib ki, Hörmüz boğazında neytral ölkələrə məxsus gəmilərin keçidinə maneələrin aradan qaldırılması üçün başladılan əməliyyat İrana qarşı digər hərbi addımlardan “ayrı və müvəqqəti” xarakter daşıyır. Onun sözlərinə görə, İran limanlarından çıxaraq blokadanı yarmağa çalışan altı gəminin hamısı geri qaytarılıb.
“İranla atəşkəs bitməyib. Hazırda hələ də aşağı intensivlikli münaqişə mərhələsindəyik”, – deyə Hegseth bildirib. O əlavə edib ki, Tehran bu müddətdə ABŞ qüvvələrinə və ya ticarət gəmilərinə hücum edərsə, “böyük və dağıdıcı Amerika atəşi” ilə üzləşəcək.
ABŞ müdafiə naziri vurğulayıb ki, bu keçid dövründə Amerika qüvvələrinin İranın ərazi sularına və ya hava məkanına daxil olmasına ehtiyac yoxdur: “Biz münaqişə axtarmırıq. Lakin İrana heç vaxt beynəlxalq su yollarından istifadə edən günahsız ölkələrə və onların ticarətinə mane olmağa icazə verilməyəcək”.
Hegseth sonda bildirib ki, “Azadlıq Layihəsi” tam sürətlə davam edir və bu əməliyyatın əsas məqsədi bölgədə ticarət axınını bərpa etməkdir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 05 May 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















