Heqset: NATO müttəfiqlərinin ABŞ a İranla münaqişədə dəstək verməməsi biabırçılıqdır
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu fikri Pentaqonun rəhbəri Pit Heqset səsləndirib.
O, NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə çıxışı zamanı bildirib ki, alyansdakı bir sıra dövlətlərin ABŞ-a dəstək verməkdən yayınması qəbuledilməzdir.
“Bizim müttəfiqlərimizin həddən artıq çoxu ya “yox” dedi, ya bizi mürəkkəb hüquqi mübahisələr içində boğmağa çalışdı, ya da özlərinin etməyə hazır olmadığı və ya bacarmadığı məsələlərə görə bizi açıq şəkildə tənqid etdi. Bu, biabırçılıq idi”, – deyə Heqset vurğulayıb.
Nazirin sözlərinə görə, bəzi ölkələrin ABŞ qoşunlarının daşınması və döyüş əməliyyatlarının aparılması üçün hərbi bazalara çıxış verməməsi amerikalı hərbçilərin həyatını təhlükə altına qoyub.
“Bunun heç bir bəraəti yoxdur”, – deyə Pentaqon rəhbəri əlavə edib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 18 İyun 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















