Heqsetin əməkdaşları tarixi qlobusu SINDIRDILAR
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin müdafiə naziri Pit Heqsetin aparatının əməkdaşları İkinci Dünya müharibəsi dövrünə aid general Duayt Eyzenhauerin tarixi döşəmə qlobusunu onun kabinetinə apararkən zədələyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə fevralın 3-də baş verib. Pentaqon binasında tarixi əşyaların yerinin dəyişdirilməsi, adətən, təcrübəli mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
Lakin Heqsetin əməkdaşları qlobusun köçürülməsi üçün öz komandalarını göndəriblər. Daşınma zamanı onlar artefakt üzərində nəzarəti itirərək onu yerə salıblar. Nəticədə qlobus altlığının üzərinə düşüb və Antarktida yaxınlığında onun kövrək səthində deşik yaranıb.
Nəşr yazır ki, deşiyin eni bir neçə düymdür. Hadisə Pentaqonda dərhal söz-söhbətə və zarafatlara səbəb olub.
Xatırladaq ki, bundan əvvəl Pit Heqsetin Konqresdə dəstəyini itirdiyi barədə məlumat yayılıb. Qanunvericilər onu yüksək rütbəli hərbçiləri vəzifədən uzaqlaşdırmaqla Pentaqonu siyasiləşdirməkdə, “woke” ideologiyasına qarşı mübarizədə və İranla hərbi münaqişəyə görə tənqid ediblər.
Daha əvvəl isə KİV Heqsetin Pentaqonun fəaliyyətində xaosa səbəb olduğunu yazıb.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 Oktyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















