Icma.az
close
up
RU
Hər 45 dəqiqədən bir oturmağa ara vermək lazımdır: Hərəkətsiz bədəndə nələr baş verir?

Hər 45 dəqiqədən bir oturmağa ara vermək lazımdır: Hərəkətsiz bədəndə nələr baş verir?

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir həyat tərzi insanları uzun müddət oturmağa məcbur edir və bu, əslində, insan skelet-əzələ sistemi üçün təbii olmayan bir vəziyyətdir.

Milli.Az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, mütəmadi idman belə saatlarla oturmaqdan yaranan zərərləri tam kompensasiya edə bilmir.

45 dəqiqə hərəkətsizlikdən sonra bədəndə nə baş verir?

Metabolizma təxminən 90% yavaşlayır; Yağyanma prosesi demək olar ki, dayanır; Bud və omba əzələləri fəaliyyətini azaldır, bu isə qan dövranını pozur;

Fleboloqalar xəbərdarlıq edir ki, bu həyat tərzi varikoz riskini ciddi şəkildə artırır.

Daim oturmaq çanaq orqanlarına qan axınını zəiflədir. 45 dəqiqə qaydasını tətbiq edən ofis işçilərinin şəxsi müşahidələri isə maraqlıdır:

bel ağrıları azalır və ya tam yox olur, diqqət artır, günortadan sonra yaranan yorğunluq hissi aradan qalxır.

Mütəxəssislərdən tövsiyə: 45 dəqiqə otur, 5-10 dəqiqə hərəkət et

Erqonomiya üzrə mütəxəssislər sadə bir qayda təqdim edir:
45 dəqiqə oturduqdan sonra 5-10 dəqiqə aktiv hərəkət edin.

Tam məşq proqramı etmək vacib deyil - sadəcə:

dəhlizdə bir neçə dəqiqə gəzin, pilləkənlə qalxın, və ya yüngül dartınma hərəkətləri edin.

Ortopedlər bu qısa fasilələrin onurğa sağlamlığı üçün çox vacib olduğunu bildirirlər.

Bir çox şirkətlər fasilə qaydasının faydasını görərək əməkdaşlara xatırlatmalar təyin edib. Nəticələr isə olduqca müsbətdir:

iş məhsuldarlığı artır, xəstəlik səbəbi ilə işə gəlməmələr azalır.

Bu qayda xüsusilə qan dövranı zəif olan və onurğa problemi başlanğıcı olan insanlar üçün önəmlidir.

Nevroloqlar qeyd edir ki, mütəmadi olaraq pozisiya dəyişmək:

beynə qan axınını artırır, qərarvermə sürətini yüksəldir, idrak funksiyalarını gücləndirir.

Sadə bir telefon taymeri belə bu vərdişi formalaşdırmaq üçün kifayətdir.

Zamanla bədən özü siqnal verməyə başlayacaq: artıq ayağa qalxıb hərəkət etməyin vaxtı gəldiyini hiss edəcəksiniz. Bu ritm zamanla təbii hala gəlir və ümumi həyat keyfiyyətinizi yüksəldir.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri