Icma.az
close
up
RU
Hər arzuolunmaz tibbi nəticə həkim səhvidirmi?

Hər arzuolunmaz tibbi nəticə həkim səhvidirmi?

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səhiyyə sahəsində yaranan mübahisələrdə cəmiyyətdə adətən xəstənin səhhətində arzuolunmaz nəticə baş verdikdə bunun avtomatik olaraq həkim səhvi olduğu düşünülür. Halbuki tibbi müdaxilənin arzuolunmaz nəticə ilə yekunlaşması hər zaman həkimin hüquqi məsuliyyəti demək deyil. Həkimin məsuliyyəti ilk növbədə tibbi müdaxilənin mövcud tibbi göstərişlərə uyğun aparılıb-aparılmaması, diaqnozun düzgün müəyyən edilməsi, müalicə taktikasının tibbi standartlara cavab verməsi və müdaxilənin peşəkar qaydada icra olunması əsasında qiymətləndirilməlidir. Təkcə xəstədə sonradan müəyyən fəsadların meydana çıxması həkimin təqsirini təsdiq etmir. Yəni tibbi mübahisələrdə məhkəmə yalnız nəticəyə deyil, həmin nəticəyə aparan prosesin düzgün icra olunub-olunmadığına qiymət verir. Əgər həkim diaqnozu mövcud müayinələrə əsasən düzgün müəyyən edib, müalicə üsulunu düzgün seçib, əməliyyatı tibbi standartlara uyğun icra edibsə, arzuolunmaz nəticənin baş verməsi özü-özlüyündə həkimin hüquqi məsuliyyət daşıdığını göstərmir.

Hurriyyet.media  xəbərinə əsasən, Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında qeyd olunub ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir.

Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir.

Nəzərə alınmalıdır ki, tibbi mübahisələrdə ən mühüm sübutlar məhz tibbi sənədlərdir. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Buna görə xəstənin şikayətləri, aparılan müayinələr, diaqnoz, əməliyyatın səbəbləri, əməliyyat protokolları və pasiyentin məlumatlandırılması və razılığının alınması tam və düzgün sənədləşdirilməlidir. Sənədləşmədə boşluqlar olduqda, hətta tibbi müdaxilə düzgün aparılmış olsa belə, bu vəziyyət sonradan sübutetmə baxımından ciddi çətinliklər yarada bilər.

Xüsusilə xəstəyə əməliyyat barədə lazımi məlumatın verilməsi və razılığının alınması proseduru formal sənəd imzalatmaqdan ibarət olmamalıdır. Pasiyentə planlaşdırılan əməliyyatın məqsədi, mümkün risklər, ağırlaşmalar və gözlənilən nəticələr sadə və anlaşılan şəkildə izah edilməli, bu proses lazımi qaydada sənədləşdirilməlidir. Bu yanaşma həm pasiyentin hüquqlarının qorunmasına, həm də sonradan yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edir.

Beləliklə, tibbi xidmət sahəsində hüquqi risklərin azaldılması üçün həm həkimlər, həm də xəstəxanalar fəaliyyətlərini yalnız keyfiyyətli tibbi xidmətlə məhdudlaşdırmamalı, hüquqi baxımdan da düzgün təşkil etməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri