Icma.az
close
up
RU
Hər bir katolik kişi Pontifik ola bilər I Konklavın tarixi və qaydaları

Hər bir katolik kişi Pontifik ola bilər I Konklavın tarixi və qaydaları

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Papa həzrətlərinin taxtı və iqamətgahı İtaliyanın Vatikan şəhərində yerləşir. Artıq 2013-cü ildə Roma Papası seçilən Fransisk 89 yaşında dünyasını dəyişib. Bəs papa öldükdə və ya könüllü olaraq istefaya getdikdə yeni Pontifikin seçilməsi proseduru necə baş verir?
Konklavın tarixi
Yeni Papanın seçilməsi prosesi konklav adlanır. Adı “açarla kilidlənmiş” kimi tərcümə olunan söz latıncada “cum clave” deməkdir. Həqiqətən də Seçicilər Kollegiyası seçkinin bütün müddəti üçün sözün əsl mənasında bir otaqda kilidlənirlər.

Konklavın ənənələri bir çox dəyişikliklərə məruz qalıb. Xristianlıq dövrünün ilk illərində prosedurun necə həyata keçirildiyi dəqiq bilinmir. Yəqin ki, yepiskoplar (ən yüksək rütbəli ruhanilər) apostollar tərəfindən və xalqın razılığı ilə təyin edilirdilər. Tədricən papalıq da xristianlıq kimi güclənir və təkcə mənəvi həyata deyil, həm də siyasətə təsir göstərməyə başlayır. Sonra krallar seçki prosesinə qarışmağa başlayırlar: onlar konklavın və ya müstəqil olaraq təyin edilmiş papaların qərarına təsir göstərirdilər.
XI-XII əsrlərdə deçki prosedurunu tənzimləyən İkinci və Üçüncü Lateran Şuraları baş tutur. Nəticədə qərara alınır ki, pontifik dünyəvi hakimiyyətin iştirakı olmadan yalnız kardinallar kollegiyası tərəfindən seçilsin. Bu halda, qərar səs çoxluğu ilə qəbul edilir: qalib səslərin üçdə ikisini almalı olur.
Amma əslində krallar və siyasətçilər səsvermə proseduruna təsir etməkdə davam edirlər və kardinallar da öz maraqlarından çıxış edərək qruplara bölünürlər.

Başqa bir problem də var idi: seçkilər bəzən həftələrlə, hətta aylarla davam edir. Məsələn, 1268-ci ildə İtaliyanın Viterbo şəhərində iyirmi kardinaldan ibarət kollegiya razılığa gələ bilmir. Seçkilər 1006 gün davam edir və Müqəddəs Taxt boş qalır. Nəticədə qəzəbli möminlər sadəcə kafedraldakı bütün kardinalları qapılar arxasında saxlayır və kollegiya nəhayət seçim edənə qədər onları buraxmırlar.
1274-cü ildə İkinci Lion Şurası keçirilir. Orada yeni Papa Qriqori X seçkilərin keçirilməsi qaydalarına əlavələr edir. Yeni qaydalara görə seçkilər təcrid, qapalı otaqda keçirilməli olur, kardinallara xarici dünya ilə əlaqə saxlamaq qadağan edilir. Onlara xüsusi pəncərədən yemək verilir. Əgər səkkiz gün ərzində razılığa gələ bilməsələr, onların rasionu gündə bir yeməyə endirilir. O vaxtdan bəri konklavın qaydaları bir sıra dəyişikliklərə məruz qalır, lakin İkinci Lion Şurasnda qəbul edilmiş ümumi qayda bu günə qədər qorunub saxlanılır.
Papanın seçilməsi necə baş verir?
Pontifik ölən kimi “Sede Vakante” adlanan dövr başlayır. Papanın dəfn mərasimi və konklav hazırlıqları kamerlenno tərəfindən həyata keçirilir. O, ancaq kardinallar arasından təyin oluna bilər. Papanın ölümündən sonra Kamerlenqo pontifikin gedişini simvolizə edən möhürlə qızıl üzüyünü qırır. Den Braunun “Mələklər və cinlər” romanında hadisələr yeni papanın seçilməsi ətrafında cərəyan edir. Yazıçı konklav prosedurunu yaxşı təsvir etsə də, orada səhvlər var. Məsələn, romandakı kamerlenqo sadə bir keşişdir, bu isə qadağandır.

Qəribədir ki, demək olar ki, hər bir katolik kişi papa ola bilər, əsas odur ki, o, uşaqsız və subay olsun. Üstəlik, o, hətta keşiş də olmaya bilər. Amma bu nəzəri cəhətdən belədir. Praktikada demək olar ki, həmişə kardinallardan yalnız biri papa seçilir. Kardinalları isə yalnız pontifik təyin edə bilər. Namizədin bacarıqlı diplomat olması, ilahiyyat və xristianlığın tarixini mükəmməl bilməsi, bir neçə xarici dildə danışması arzu olunandır.
Papanın seçilməsi ən ciddi məxfilik şəraitində və Sikstin kapellasında keçirilir. Konklav zamanı onlar qapalı otaqda saxlanılır və xarici dünya ilə heç bir əlaqəsi olmur. İstənilən rabitə vasitəsi təslim edilməlidir. Gizli şəkildə məlumat ötürdüyünə görə, din xadimi kilsədən xaric edilə bilər.
Seçim xüsusi səsvermə bülleteninə namizədin adı yazılmaqla gizli səsvermə yolu ilə həyata keçirilir. Səsvermə gündə iki dəfə keçirilir: səhər iki dəfə və axşam iki dəfə. Seçim edilmədikdə, adları olan bülletenlər xüsusi sobada yandırılır. Onlara kimyəvi birləşmə əlavə olunur ki, bu da tüstüyə qara rəng verir. Beləliklə, prosedura əməl edən dindarlar səsvermənin hansı mərhələdə olduğunu bilirlər.

Seçkidə qalib gəlmək üçün namizəd səslərin üçdə ikisini almalıdır. Lakin səsvermənin 30 turu artıq keçibsə və pontifik seçilməyibsə, yeni papa sadə səs çoxluğu ilə təyin edilir. Papa nəhayət seçiləndə bacadan ağ tüstü çıxır. Yeni pontifik reqaliyasını geyinir və Vatikanın Müqəddəs Pyotr meydanında dindarları salamlamaq üçün eyvana çıxır. O da özünə yeni ad seçməlidir. Ən məşhur Papa adı İohann (23 dəfə), ikinci yerdə Qriqori və Benedikt (hər biri 16 dəfə) gəlir.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri