“Hər gün “Formula 1“ olsun, getdiyim yerə tıxacsız çatıram“
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Keçmiş aparıcı Yelena Sidorenko Bakıda keçirilən “Formula 1” yarışları ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı yarışlar zamanı şəhərdə hərəkətin daha rahat olduğunu bildirib. O, bu fikirlərinə görə tənqid olunacağını da qeyd edib:
“Tənqid edə bilərsiniz. Hamınız məni tənqid edəcəksiniz. Dostlarım deyir ki, yalnız sən razısan. Mənə görə Formula 1 hər gün olsun. Tam ciddi deyirəm, bütün illərdə belə olub. Yarış başlayan kimi istədiyim nöqtəyə daha rahat, tıxacsız çatıram.
Deyəcəksiniz ki, mümkün deyil, bütün şəhər dayanır. Amma məndə yox. Bilmirəm, ya enerjimdən irəli gəlir... Düşünürəm ki, doğrudan da kimlərsə tənqid edə bilər.
Dövlət Yol Polisi əməkdaşlarına təşəkkür edirəm. Səhər, günorta, gecə, günəşin altında saatlarla yolu tənzimləyirlər. Yolum elə rahatdır ki... Adi günlərdə belə yol gedə bilmirəm. Siz məni tənqid edə bilərsiniz. Yol boşdur, rahat gəlirəm. Pozitiv baxaq, hər şey pozitiv olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Sentyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















