Icma.az
close
up
RU
Hər gün istifadə edirik, zərərləri bilmirik Dəhşətli risklər üzə çıxdı

Hər gün istifadə edirik, zərərləri bilmirik Dəhşətli risklər üzə çıxdı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Gündəlik istifadə etdiyimiz toyuq, meyvə və yağın tərkibində təhlükəli kimyəvi maddələrin olduğu iddia edilir. Bununla bağlı artıq ictimaiyyət arasında narahatlıq başlayıb. Bildirilir ki, belə məhsullar vasitəsilə evimizə əslində zəhər daxil olur. Hətta bütün dövrlərdə sağlam qida sayılan balıq da bu siyahıya daxil edilib. Bu, artıq ciddi və dəhşətli bir mənzərənin yaranmasına işarədir.

Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, bazarda satılan məhsulların çoxunu “qida” adlandırmaq mümkün deyil:

“Qida təbiətdə yetişən, heç bir kimyəvi müdaxilə olmadan insanların qəbul etdiyi məhsullardır. Hazırda mağaza və market şəbəkələrində satışda olan çoxsaylı məhsullar qidanın imitasiyasıdır. Rəngi, görüntüsü, forması və dadı bizi aldadır, söhbət mənşəyi məlum olmayan qidalardan gedir. Xüsusilə yağ məhsulları təhlükəlidir: əksəriyyəti trans yağlardan ibarətdir. Süd məhsullarının çoxu, eləcə də broyler toyuqlar təbii deyil və sağlamlıq üçün zərərlidir. Həmçinin müxtəlif içkilər, limonadlar, “şirələr” süni tozlardan hazırlanır.

Konservləşdirilmiş məhsullara dadvericilər, rəngvericilər, müddət uzadıcılar, effekt verən kimyəvi maddələr və sair kimi yüzlərlə təhlükəli inqrediyentlər əlavə olunur. Meyvə və tərəvəzlərin böyük hissəsi artıq genetik modifikasiya olunub, taxıl və digər məhsullar da çox vaxt boş karbohidrat kimi formalaşdırılıb”.

Elçin Bayramlı

Sosioloq qeyd edib ki, bu gün ticarət şəbəkəsində kənd məhsulları tapmaq çətindir:

“Bazarlarda yalnız müəyyən məhsulların təbii olması mümkündür, hətta plantasiya meyvələrinə də çoxlu dərmanlar vurulur. Tərəvəzlərə həddindən artıq pestisidlər, nitritlər və təxminən 20-yə yaxın gübrə və kimyəvi maddələr tətbiq olunur. Bu preparatlar çox təhlükəli hesab edilir. Yeganə təbii məhsullar şəxsi həyəti olan, əkib-becərənlərdə var. Qida zəhərə, sağlamlığımızın düşməminə çevrilib. Ucqar kəndlərdə təbii məhsulla qidalanmaq hələ də mümkündür, amma şəhər və ticarət şəbəkəsində bunun alternativi yoxdur. Azərbaycanda daxili bazarın qorunmaması, keyfiyyətə nəzarətin zəif olması, məhsulların xüsusi laboratoriyalarda ciddi şəkildə yoxlanılmaması və rüşvət nəticəsində istənilən məhsulun bazara çıxarılması vətəndaşları müdafiəsiz duruma salır”.

Ekspert bildirib ki, özünü qorumaq istəyən üçün tək çıxış yolu ucqar kəndlərə köçüb özlərinə məxsus təsərrüfat qurmaqdır:

“Şəhərdə isə yalnız zərəri minimallaşdırmaq olar. Hazırda qida tam şəkildə süni xarakter alıb və bu, insanların kütləvi xəstələnməsi, erkən ölüm hallarının artmasında özünü göstərir. Xərçəng, şəkərli diabet və digər xroniki xəstəliklərin sayında artım müşahidə olunur. Mədə-bağırsaq xəstəlikləri, ümumi xəstəlik yükü və ölüm hallarının çoxalması diqqət çəkir. Əminəm ki, ildən-ilə əhalinin sağlamlığı daha ağırlaşacaq, ömür müddəti azalacaq, xəstəliklər kəskinləşəcək. Bunun qarşısını almaq üçün çox vaxt və böyük səylər lazımdır. Təkrar bərpa, təbii əkinçilik və heyvandarlığın inkişaf etdirilməsi, idxal olunan məhsullara ciddi nəzarətin tətbiq edilməsi, genetik modifikasiya olunmuş məhsulların məhdudlaşdırılması və ya ləğv edilməsi, emal müəssisələrində sərt standartların tətbiqi və çoxsaylı kimyəvi maddələrin istifadəsinin qadağan olunması zəruridir. Bu prosesin qarşısı alınmazsa, vəziyyət daha da ağırlaşacaq”

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri