Hər gün mafiya və ya zorakılıq məzmunlu serial yayımlanır
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) üzvlərindən olan İlhan Taşçı Şanlıurfa və Kahramanmaraşda baş verən faciələrə münasibət bildirib.
Axşam.az xəbər verir ki, o, bunda serialların rolunun danılmaz olduğunu etiraf edib:
"Mafiya serialları məktəb hücumlarına təsir edirmi?
İstanbul, Şanlıurfa və Kahramanmaraşda baş verənlər bir daha göstərdi ki, zorakılıq sosial ölçüləri baxımından yenidən qiymətləndirilməlidir. Bu cür hadisələr tək bir səbəbə endirilə bilməyəcək qədər çoxşaxəlidir. Burada televiziya və rəqəmsal platformaların təsiri də gözardı edilməməlidir. Son illərdə mafiya mövzulu serialların çoxalması və tək bir epizodda eyni vaxtda 20-30 insanın öldürülməsinin göstərilməsi kütləvi zorakılığın normal və adi hal kimi qəbul olunmasına gətirib çıxarır.
Hər gün ekranlar qanla boyanır. Hazırda Türkiyə televiziya kanallarında həftəiçi ən azı bir kanalda mafiya və ya zorakılıq məzmunlu serial yayımlanır. Bu serialların təkrarları isə həftəsonu da nümayiş olunur. Beləliklə, mafiya mövzulu seriallar həftənin 7 günü televiziyada yer alır.
Bu vəziyyət uşaqların və gənclərin davamlı olaraq bu məzmuna məruz qalmasına və personajları özlərinə nümunə götürməsinə səbəb ola bilər.
Silah istifadəsinin intensiv və açıq şəkildə təsviri, cinayətkar obrazların bəzən qanuniləşdirilməsi və hətta təriflənməsi, xüsusilə uşaqlar və gənclər üçün ciddi risk yaradır. Bu kontekstdə təcili olaraq araşdırmalar aparılmalıdır. Uşaqlarımızı və gənclərimizi qorumaq ssenaristlərdən və prodüserlərdən tutmuş yayımçılara və tənzimləyici orqan olan RTÜK-ə qədər hər kəsin borcu və məsuliyyətidir.
Gələcəyimizin qaralmasının qarşısını almaq və uşaqlardan qatil yetişməsinə yol verməmək üçün hər kəs təcili olaraq öz töhfəsini verməlidir".
Qeyd edək ki, hazırda Türkiyədə mafiya məzmunlu "Yeraltı", "Eşref Rüya" serialları reytinqlərdə birincidir. Bundan başqa, yayımlanan digər serillarda da ("Uzak şehir", "Halef", "Sevdiyim sensin", "Çirkin", "Güller ver günahlar", "A.B.İ", "Arka sokaklar", "Teşkilat", "Taşacak bu deniz") böyük hissəsində silahlı atışma, zorakılıq səhnələri çoxluq təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Aprel 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















