Icma.az
close
up
RU
Hər hansı bir səbəbdən pensiya kapitalında azalma ola bilərmi?

Hər hansı bir səbəbdən pensiya kapitalında azalma ola bilərmi?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhər sakini Günay Nadir qızı Məmmədova fərdi şəxsi hesabındakı pensiya kapitalının azaldığını iddia edir.

Günay Məmmədova bu barədə Oxu.Az-a danışıb.

10 ildir müəllim kimi fəaliyyət göstərən Günay Məmmədova kapitalından 500 manatın silindiyini söyləyib.

"Mənim əvvəl 19 859 manat pensiya kapitalım olub. İndi isə kapitalım 19 312 manat olub. Analıq məzuniyyətində olanda "e-sosial" tətbiqini yükləmişdim. İstəyirdim ki, məzuniyyət pulum köçürüləndə bundan xəbərdar olum. Fərdi şəxsi hesabıma da həmin ərəfədə baxmışdım, bu zaman ekran görüntüsünü götürüb yoldaşa da göndərmişdim. Yoxsa sübut edə bilməzdim ki, fərdi şəxsi hesabımda bu qədər pul var. Bir neçə gün əvvəl yenə tətbiqə giriş etdim. Bu dəfə gördüm ki, kapitalda 500 manat məbləğində azalma var. Fikirləşdim ki, uşaq üçün verilən birdəfəlik 500 manat ödənişə görə azalma olub. Lakin bu ödəniş işsiz olan şəxslərin uşağı doğulduqda da verilir. Mənə maraqlı gəldi ki, bu halda necə olur ki, mənim kapitalım silinir? Mühasibata bunun səbəbini öyrənmək üçün müraciət etsəm də, səbəbini izah etməyiblər".

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dəqiqləşdirilmiş hesabat təqdim edən zaman sığortaedənlər tərəfindən sığortaolunanların gəlirlərində dəyişiklik olunur, sözügedən şəxsin fərdi şəxsi hesabında kapitalının azalması bununla əlaqədardır:

"Qanunvericiliyə görə, hesabatlarda sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə sığortaedənlərin dəqiqləşdirilmiş hesabatlar təqdim etmək hüququ var.

Dəqiqləşdirilmiş hesabat təqdim edən zaman sığortaedənlər tərəfindən sığortaolunanların gəlirlərində dəyişiklik olunur. Bu da bəzi hallarda kapitalın artıb-azalmasına gətirib çıxarır.

Günay Nadir qızı Məmmədovanın fərdi şəxsi hesabında kapitalının azalması da bununla əlaqədardır. Belə ki, vətəndaşın sığortaedənləri tərəfindən 2017-24-cü illər ərzində müxtəlif vaxtlarda müəyyən dövrlər üzrə çoxlu sayda təqdim edilmiş dəqiqləşdirilmiş hesabatlarda artım və azalma onun pensiya kapitalına təsir edib.

Qanunvericiliyə görə, sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatların tam və düzgün təqdim edilməsi sığortaedənin vəzifəsidir. Odur ki, sığortaolunanlar bu cür hallarda sığortaedənlərə müraciət etməlidirlər.

Günay Məmmədovaya hamiləliyə və doğuma görə müavinətin ödənilməsi məsələsinə gəlincə, vətəndaşın sığortaedəni elektron qaydada təqdim etdiyi haqq-hesab cədvəlində uyğunsuzluğa yol verib. Bu səbəbdən də sənəd icra olunmadan geri qaytarılıb. DSMF tərəfindən vətəndaşla əlaqə saxlanılaraq qeyd olunan məsələ ilə bağlı ona ətraflı məlumat verilib".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:389
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri