Hər hansı klarnet çalan mənim sənətimə söz deyə bilməz İntiqamdan Hüseynə cavab
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu Vəfa Şərifovanın müəllimi İntiqam Kərimovun ariya ifaçıları ilə bağlı fikirlərinə münasibət bildirmişdi. O, müğənninin fikirlərinə sərt reaksiya verərək "siz özünüz nə oxuyursunuz ki?" deyə cavab vermişdi.
AZXEBER.COM xəbər verir ki, İntinqam Kərimov Hüseynin onun haqqında dediyi fikirlərə münasibət bildirib.
"Gün ortası" verilişinə telefonla bağlanan Kərimov, dediyi fikirlərə aydinlıq gətirib:
"Mən demədim ki, Vəfa dünyanın ən yaxşı sopranosudur, dedim ki, diksiyası çox təmizdir, yaxşı oxuyub, deməyin Vəfanın səsi yoxdur. Hüseyni heç tanımıram, bilmirəm kimdir. Mən sözümün arxasındayam, çünki 41 dəfə "Balaş"ı oxumuşam, mənim Tövsiyyə İbrahimova, Elmira Şirvanova kimi "Dilbər"lərim olub. Hansısa tütək çalan, klarnet çalan mənim vokal sənətimə söz deyə bilməz. Bu sözlərimi də ona çatdırın" deyərək dəstəyi asıb.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















