Icma.az
close
up
RU
Hər hədəf bir mesajdır: Ukrayna Krım bazalarını niyə bombalayır?

Hər hədəf bir mesajdır: Ukrayna Krım bazalarını niyə bombalayır?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ukraynanın Krımdakı neft bazalarına və hərbi obyektlərə yönəltdiyi zərbələr taktiki əməliyyatdan daha çox müharibənin gedişatına təsir edən strateji addımdır.

Hər bir hədəfə dəymiş zərbə Rusiyanın enerji və hərbi resurslarını zəiflədir. Bu uğurlar düşmənin komanda və ehtiyat xətlərini sarsıdır, ön xəttdə balansı Ukrayna lehinə dəyişir. Eyni zamanda, əməliyyatlar Qərb donorlarına Ukraynanın güclü müqavimət göstərdiyini sübut edir.

Bu, yeni hərbi və maliyyə yardımlarının artmasına təkan verə bilər. Lakin zərbələr mülki təsirləri artırarsa, bəzi Avropa payçıları ehtiyatlı mövqe saxlaya bilər. İnformasiya müharibəsi çərçivəsində bu əməliyyatlar Kiyev üçün dirənişin və iradənin nümayişidir.

Rusiya üçün isə hər itki işğal planlarını sarsıdan bir xatırlatmadır. Ukrayna əməliyyatları həm taktiki üstünlük, həm də beynəlxalq dəstəyin güclənməsi üçün vasitə rolunu oynayır. Beləliklə, Krimdəki hücumlar müharibənin taktiki, strateji və diplomatik qatlarını birləşdirən önəmli bir nümunəyə çevrilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Ukraynanın, xüsusən də Donetsk, Zaporojye və Krım bölgələrində yerləşən enerji və hərbi obyektlərə endirdiyi zərbələr, təbii ki, təsirsiz ötüşmür. Rusiya nə qədər çox itki versə, bir o qədər region ölkələri və bütövlükdə dünya üçün daha az təhlükə mənbəyinə çevriləcək:

"Rusiya bu cür zərbələrdən mümkün qədər çox zərər görməlidir ki, bundan sonra işğalçı planlar hazırlamaq fikrinə düşməsin. Lakin bu cür hücumlar müharibənin ümumi gedişinə və Qərbin Ukraynaya göstərdiyi dəstəyin miqyasına ciddi təsir göstərə bilmir. Qərbin yardımlarının artması üçün Ukrayna konkret və ciddi hərbi uğurlar qazanmalıdır. Qərb dövlətləri görməlidirlər ki, bu yardımlar sayəsində Ukrayna doğrudan da işğal altındakı əraziləri azad edə bilər".

Abutalıb Səmədov: Amerika Birləşmiş Ştatları da artıq proseslərə əvvəlki kimi aktiv qoşulmur

Onun sözlərinə görə,  böyük hərbi qələbələr əldə etmək üçün də daha genişmiqyaslı hərbi yardımlara ehtiyac var. Təəssüf ki, Avropanın bu qədər resursu yoxdur: 

"Amerika Birləşmiş Ştatları da artıq proseslərə əvvəlki kimi aktiv qoşulmur. Hər il verilən təxminən 80 milyard dollarlıq yardım irəliləyiş üçün kifayət etmədi. Əslində, bu yardımın ən azı 100 milyard dollara çatdırılması və onun yarısının sırf hərbi dəstəyə yönəldilməsi zəruridir. Ancaq reallıq budur ki, Avropanın bu gücü yoxdur. Mövcud yardım yalnız Ukraynanın müdafiə qabiliyyətini qorumağa kifayət edir".

Abutalıb Səmədov əlavə edib ki, Ukrayna nə qədər uzun müddət dözə bilsə, Rusiya nə qədər çox zərbə alsa, bu, həm dünya, həm də xüsusilə Rusiyanın qonşuluğunda yerləşən dövlətlərin maraqlarına uyğun olacaq:

"Ümid edək ki, Rusiya 2026-cı ilə qədər dayanmaqda çətinlik çəkəcək, mümkün olsa, müharibə 2027-ci ilə qədər uzanacaq və Moskva bu dövrdə elə dərin yaralar alacaq ki, Ukrayna ərazilərinin bir hissəsini nə qədər işğal altında saxlasə belə, artıq bir daha başqa dövlətlərə qarşı işğal niyyəti güdməyə cəsarət etməyəcək".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri