Icma.az
close
up
RU
Hər iki komandanın xal qazanması ədalətli oldu Vaqif Cavadov

Hər iki komandanın xal qazanması ədalətli oldu Vaqif Cavadov

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 21-ci tur matçında "Araz-Naxçıvan"la heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Yaxşı oyun keçirdik. Hər iki hissədə gərgin mübarizəyə şahidlik etdik. İlk yarı üstünlüyümüz şəraitində keçdi. Təəssüf ki, penaltidən yararlana bilmədik. Amma "Araz-Naxçıvan" kimi komandadan bir xal qoparmaq da yaxşıdı. İkinci pillədədilər. Elmar Baxşıyev möhkəm komanda formalaşdırıb. Komandama bu cür rəqiblə oyunda belə oyun nümayiş etdirdiyinə görə alqış düşür. Qalib gələ bilmədiyimizə görə üzgünük. Qələbələr bizi gözləyir. Belə oyun tərziylə qalib gəlmək şansımız daha çoxdu. Məncə, hər iki komandanın xal qazanması ədalətli oldu.
- Dediyiniz kimi, oyuna yaxşı başladız. Bəs, sonra nə dəyişdi?
- "Araz-Naxçıvan"ın ikinci pillədə qərarlaşması təsadüfi deyil. Sonradan meydana çıxan futbolçular da öz sözünü deyir. Biz də adi komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Düzdü, indi altıncı pillədəyik, lakin hər şey dəyişə bilər. İnanıram ki, istədiyimiz nəticələri əldə edəcəyik.
- "Sumqayıt" beş oyundu ki, qol vura bilmir...
- Bu sualı eşidəcəyimi bilirdim. Futbolda belə termin var: qol vura bilmirsənsə, buraxma. Xallar qazanırıq. Çalışacağıq ki, növbəti matçda qalib gələk. Gücümüz olmasaydı, 90 dəqiqə ərzində hücumlar qura bilməzdik. Oyunlar bir-birindən fərqlənir. Bəzən rəqib səni yorulmağa məcbur edir. Həmişə qələbə qazanmaq istəyirik. Futbolçularım hər xalın nə qədər dəyərli olduğunu dərk edir. Evdə dominant futbol oynadıq. Düzdü, nəticə istədiyimiz kimi olmadı, lakin bu cür rəqiblərlə mübarizədə bir xal məni qane edir.
- Tresor Mossi ilə münaqişə yaşadız. Əvəzetməni sürətlə reallaşdırmaq istəsəz də, 7-8 dəqiqədə gözləməli olduz. Nə baş vermişdi?
- Diqqətinizdən nəsə yayınmır (gülür). Bəli, futbolçunu meydana buraxmaq istəsəm də, yavaş-yavaş gəldi. Bəlkə də onu anlamaq olar. Biz də vaxtilə futbolçu olmuşuq. Hamımız istəmişik ki, şans qazanaq. Hər halda, bütün futbolçular komandaya kömək etməli, baş məşqçisi çağıranda dərhal gəlməlidi. Bu, hamıya aiddi. Nə qədər şans qazandığından asılı olmayaraq, qaydalara əməl etməlisən. Mossiylə danışdıq. İnanıram ki, bir də belə hal təkrarlanmayacaq.
- Yeni transferləriniz Ronaldo Vaskes və Momo Yansane haqda nə düşünürsüz? Hansı durumdadılar?
- Ronaldo düşərgədədi. Tibbi yoxlanışdan keçib. Hər şey qaydasındadı. Sadəcə, oyunlarda iştirak edə bilməsi üçün PFL-in təsdiqi lazımdı. Hələ qurumdan lazım olan vərəqə gəlməyib. Bu üzdən, adını iştirak ərizəsinə sala bilmədik. Momoya gəlincə, oyunlar göstərir ki, yaxşı futbolçudu. Bir qədər zamana ehtiyacı var. İlk iki oyunda təcrübəli olduğunu hiss etdirib. Məncə, yaxşı hücumçudu.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri