Icma.az
close
up
RU
Hər iki oyunda uduzan millimizin məşqçisi: “Görüşlər maraqlı alınıb”

Hər iki oyunda uduzan millimizin məşqçisi: “Görüşlər maraqlı alınıb”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Əlimizdən gələni edəcəyik ki, növbəti oyunlarda qələbə qazanaq”.

İdman.biz xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının məşqçisi Famil Ağayev deyib.

O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Bakıda təşkil olunan Avropa Qızıl Liqasının birinci turu haqqında fikirlərini bölüşüb. Macarıstan və Sloveniyaya uduzan mütəxəssis bildirib ki, görüşlər maraqlı alınıb: “Sloveniyaya ilə 0:3 hesablı məğlubiyyətə baxmayaraq, gərgin görüş keçdi. Fikrimcə, izləyicilərə yaxşı oyun nümayiş etdirə bildik”.

Məşqçi məğlubiyyətin səbəblərindən danışıb: “Sloveniya ilə oynadığımız kimi Macarıstanla oynasaydıq, tam fərqli nəticə olardı. Oyunda səhvlərimiz çox oldu. Ola bilər ki, birinci matç olduğu üçün gərginlik vardı. Hər qələbə komandanı daha da irəli aparır. Yığmada olmayan oyunçular çoxdur. Əgər bu gün onlar burada olsaydı, komanda fərqli oyun nümayiş etdirə, qələbə qazana bilərdik. Bu gün çıxış edən voleybolçularımıza da təşəkkür edirəm ki, əllərindən gələni etdilər. Bundan sonra isə ikinci tura hazırlaşacağıq. Düzdür, vaxtımız azdır. Ancaq yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisini qarşıda dörd səfər oyunu gözləyir. Yığmamız iyunun 6-da Slovakiya, 7-də Monteneqro, 13-də Xorvatiya və 14-də Rumıniya ilə görüşəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri