Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

Hər iki tələbimiz hüquqi baxımdan legitimdir və dayanıqlı sülhə xidmət edir

Hər iki tələbimiz hüquqi baxımdan legitimdir və dayanıqlı sülhə xidmət edir

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri bir çox cəhətinə görə xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, Almaniya təkcə Avropa İttifaqının deyil, bütövlükdə Avropanın ən güclü və inkişaf etmiş iqtisadiyyatına malikdir. İkincisi, diplomatik münasibətlərimizin qurulduğu 33 il ərzində bu, Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Üçüncüsü, Prezident Frank-Valter Ştaynmayer ölkəmizə səfərdən bir gün əvvəl Ermənistanda olmuşdu və orada gözlənilən sülh müqaviləsi ilə bağlı cəmiyyətimizin diqqətini çəkən mesajlar verilmişdi. Nəhayət, Almaniya Prezidentinin Bakıda mətbuat konfransında bildirdiyi kimi, onun bu səfəri dünyada “çox sürətli və dramatik dəyişikliklərin baş verdiyi” mürəkkəb bir dövrə təsadüf edir. Yeni dünya nizamı ilə bağlı geosiyasi rəqabətin Azərbaycan üçün həssas tərəfi həm də bununla bağlıdır. Fransa başda olmaqla bəzi dairələr Ermənistan vasitəsilə “sülh gündəliyi” adı altında Cənubi Qafqazda öz maraqlarını bərqərar etməyə və ya mövcud təsir imkanlarını genişləndirməyə çalışırlar.

Tarixi həqiqətlərdən biri də onunla bağlıdır ki, Azərbaycan BMT Nizamnaməsi və beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Ermənistanın havadarları açıq şəkildə etiraf etməsələr də, fərqindədirlər ki, regionumuzdakı reallığın təməlində Prezident İlham Əliyevin siyasi iradəsi və ümumxalq birliyi dayanır. Elə bu səbəbdən, Azərbaycan Liderinin Almaniya Prezidentinin iştirakı ilə mətbuat konfransında səsləndirdiyi fikirlər, verdiyi mesajlar beynəlxalq mediada dərhal manşetə çevrilir, nüfuzlu beyin mərkəzləri tərəfindən həssaslıqla izlənilir. Prezidentin mətbuata bəyanatının diqqət çəkən məqamlarından biri onunla bağlı oldu ki, Dövlətimizin başçısı beynəlxalq münasibətlərdə, o cümlədən ikitərəfli əlaqələrdə açıq və səmimi fikir mübadiləsinə üstünlük verdiyini bir daha vurğuladı: “Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi”.

    

Prezidentin açıqlamasından da göründüyü kimi, Liderlər yalnız Azərbaycan-Ermənistan münasibətllərinin normallaşması məsələsinin müzakirəsi ilə kifayətlənməyiblər, onların gündəliyi daha geniş olub. Xeyli müddətdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu, bütün çətinliklərə və maneələrə baxmayaraq,  bu gün də nümayiş etdirir. Prezident Frank-Valter Ştaynmayerin açıqlaması göstərdi ki, Azərbaycanın etibarlı tərəfdaş kimi sərgilədiyi qətiyyətli mövqe Almaniyanın siyasi rəhbərliyinin diqqətindən də yayınmır: “Bununla belə, 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm... Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir və bu, daha maraqlı olacaq”.

Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Cənubi Qafqazda elə reallıq yaradıb ki, onun əhəmiyyəti region sərhədlərindən xeyli kənara çıxır, Asiyadan Avropaya qədər daha böyük çoğrafiya üçün yeni fürsətlər açır. Almaniya Prezidentinin yuxarıdakı açıqlaması həm də bu gerçəkliyin etirafıdır. Bununla yanaşı, alman jurnalistlərin sualları elə təəssürat yaratdı ki, sanki onlar son 30 ildə Cənubi Qafqazda hansı ölkənin işğalçı olduğunu, hansı ölkənin işğala məruz qaldığını unudublar. Sanki Ermənistan və Azərbaycan arasında yenidən ədalətsiz eyniləşdirmə cəhdinin aparıldığını görürdük. Bu, ATƏT-in Minsk qrupunun 28 il davam edən bərabərlik işarəsi ilə bağlı səmərəsiz fəaliyyət tezislərini xatırladırdı. Sualların qoyuluşu göstərirdi ki, Fransanın başçılığı ilə Ermənistanın yürütdüyü ardıcıl dezinformasiya siyasəti bəzi alman jurnalistlərinə də təsirsiz ötüşməyib. Hətta öz peşəsini vicdanlı şəkildə yerinə yetirən xarici media nümayəndələrindən bəzilərində təhrif olunmuş elə fikir formalaşdırılıb ki, guya sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistan deyil, Azərbaycandır. Çünki beynəlxalq media mənsubları görəndə ki, Avropada liderliyə iddia edən Fransa Ermənistanı necə əzizləyir və onun diktəsi ilə AŞPA, Avropa Parlamenti kimi qurumlar əndazəni aşaraq  Azərbaycana qarşı hansı qərəzli qətnamələri qəbil edir, üstəlik, onların müzakirəsi zamanı bəzi jurnalistlərin də qulağına xoş gələn etnik və dini təəssübkeşliklə bağlı hansı cahil arqumentlər önə çəkilir, təbii ki,  bu cür informasiya çirkliyi altında kimlərsə həqiqəti ya görə bilmir, ya da onu görmək üçün özünü yormaq istəmir. Prezident İlham Əliyev ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyasının əsl məqsədini ifşa etmək üçün, mətbuat konfransında mövcud həqiqətlərdən birini növbəti dəfə xatırlatdı: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli şürməmişdir... Əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə qeyri-real bir şərt qoyardıq ki, Ermənistan onu qəbul etməzdi”.

Dövlətimizin başçısı Azərbaycanla bağlı həqiqətlərin istər informasiya məkanında, istərsə də siyasi müstəvidə bilərəkdən təhrif olunmasının qarşısını almaq üçün onu da xatırlatdı ki, Ermənistan hökuməti 2024-cü ilin yanvarına qədər dırnaqarası “Dağlıq Qarabağ respublikasının” müqəddəratı ilə bağlı məsələni sülh müqaviləsinin mətninə salmaq üçün israr edib. Ermənistanın baş naziri bir tərəfdən bəyan edirdi ki, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır, o biri tərəfdən isə gülünc şərti irəli sürməklə ölkəmizin daxili işlərinə qarışmağa can atırdı. Bu iddialar məntiqi baxımdan bir-birini həm inkar edir, həm də baş nazir N.Paşinyanın ərazi bütövlüyümüzlə bağlı bəyanatında nə qədər səmimi olmadığını göstərirdi. Ermənistan hökuməti yalnız 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra gülünc iddiasından imtina etmək məcburiyyətində qaldı. Bu gün Fransanın diktəsi ilə Ermənistan siyasi-hərbi rəhbərliyinin dünyaya “sülh göyərçini” kimi sırınması ilə bağlı dezinformasiya kampaniyasına qoşulanlar və ya onun təsiri altına düşənlər bunu da unutdurmağa çalışırlar ki, müharibədən əvvəl-2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən elə Nikol Paşinyanın özü idi. Həmin vaxt onun müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə” ilə Azərbaycanı təhdid edirdi, amma nədənsə Avropanın aparıcı beynəlxalq təsisatları riyakarcasına buna göz yumurdu.

Bu gün o da həqiqətdir ki, əgər Ermənistan Azərbaycan Prezidentinin qətiyyətli mövqeyini, xalqımızın yekdil iradəsini və ordumuzun gücünü görməsəydi, indi başqa xəyallar qururdu. Ermənistanın bugünkü və gələcək rəhbərlərinin bir daha xam xəyallara düşməməsi üçün, de fakto mövcud olmayan ATƏT-in Minsk qrupundan imtina olunması və ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü tələblər hüquqi baxımdan tam legitimdir, beynəlxalq təcrübəyə və mövcud reallığa söykənən haqqımızdır. Ümid edək ki, Azərbaycan Prezidentinin açıqlamalarından sonra beynəlxalq media resursları işğalçı və işğala məruz qalan dövlət arasındakı əhəmiyyətli fərqi, bu fərqdən irəli gələn həqiqətləri  görə biləcəklər. Prezident Frank-Valter Ştaynmayerin mətbuat konfransında səsləndirdiyi bu bəyanat isə ən azından Almaniya mediası üçün rəsmi istinad nöqtəsi olacaq: “Dediyim kimi, biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq”.

Azərbaycan Prezidentinin mətbuat konfransında xatırlatdığı iki tələb Ermənistan hökuməti üçün yenilik deyil. Bu tələblər Dövlət başçımız və digər rəsmilərimiz tərəfindən iki ildən çoxdur ki, ictimai şəkildə səsləndirilir və Ermənistan rəhbərliyinə çatdırılır. Ermənistan hökuməti bəyanat və qərarlarını müstəqil şəkildə verə bilsəydi, bəlkə nala-mıxa vurmaqdan əl çəkər və həmin tələbləri də çoxdan icra edərdi. Amma  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tarixi Zəfəri ilə elə sal daşları yerindən tərpədib ki, erməni mifi və erməni xülyası ilə yanaşı, bəzi Avropa siyasətçilərinin şişirdilmiş ambisiyaları da bu daşların altında əzilərək iflasa uğrayıb. Bunu nə Azərbaycana, nə də Azərbaycan Prezidentinə bağışlaya bilmirlər. Əgər belə olmasaydı, Azərbaycan və Almaniya Prezidentlərinin mətbuata bəyanatla çıxış etdikləri gün Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baron Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı ölkəmizin legitim tələbini şübhə altına almaz və həqiqətləri təhrif edərək, bunun guya yeni şərt olduğunu bildirməzdi. Fransa rəsmiləri doğrudan da sülhün tərəfində olsaydılar, müharibə cinayətlərinə görə Bakıda mühakimə edilən erməni separatçılarının cəzasız qalmasına çağırış etmək əvəzinə, beynəlxalq hüquqa və BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun rəyinə hörmət göstərərdilər.  İşçi Qrupunun martın 13-də dərc olunmuş rəyinə görə, separatçılarla bağlı məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının heç bir əsası yoxdur.   

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin mətbuat konfransında verdiyi növbəti mesaj ölkəmizlə bağlı həqiqətləri və Cənubi Qafqazdakı reallığı təhrif etməyə çalışan bu cür dairələrə ən tutarlı cavabdır: ““Qarabağ Ermənistandır və nöqtə” deyən bir adam bu gün “Qarabağ Azərbaycandır” deyir. Hesab edirəm ki, bu, gözəl bir təkamül prosesidir və biz bunu alqışlayırıq”.

    

Məlum olduğu kimi, təkamül prosesi isə sonsuzdur...

Ülvi Quliyev                                                                                  

Milli Məclisin deputatı  

       
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Aprel 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17763

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1077

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see249

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see136

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri