Icma.az
close
up
RU
“Hər iki tərəf ağrılı, amma qaçılmaz güzəştlərə hazır olmalıdır“ ABŞ Dövlət katibi

“Hər iki tərəf ağrılı, amma qaçılmaz güzəştlərə hazır olmalıdır“ ABŞ Dövlət katibi

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Vaşinqtonda gizli müzakirələr, Avropada qəzəb və istefaya gedən general..."

Ağrılı, amma zəruri güzəştlər lazımdır

"Azadlıq Radiosu"nun məlumatına görə, ABŞ Dövlət katibi Marko Rübio Trampın Ukrayna savaşı ilə bağıı "sülh planı"nı ilk rəsmi təsdiqləyən fiqurlardan olub. O, yazıb: "Bu kimi mürəkkəb və qanlı müharibələr ancaq real ideyalar mübadiləsi ilə bitə bilər. Hər iki tərəf ağrılı, amma qaçılmaz güzəştlərə hazır olmalıdır". Onun sözləri Ukraynada sərt reaksiya doğurub - Kiyevdə bunu "məğlubiyyətin siyasi paketləşdirilməsi" adlandıranlar olub.

"Biz bu plan barədə sonradan xəbər tutduq"

Brüsseldə əhval-ruhiyyə qarışıqdır. Almaniya xarici işlər naziri Yohann Vadepul açıq şəkildə deyib: "Biz bu barədə məlumatlandırılmamışıq və əgər həqiqətən ərazi güzəştləri nəzərdə tutulursa, bu, qəbuledilməzdir". Avropa Birliyi rəsmiləri həmçinin narahatdır ki, plan beynəlxalq hüququ zəiflədir, Rusiyanın müharibə ilə əldə etdiyi qazancları legitimləşdirir, gələcək münaqişələr üçün təhlükəli presedent yaradır.

Kelloqun istefası

Plan açıqlanandan dərhal sonra Trampın xüsusi nümayəndəsi, general-leytenant Kit Kelloq istefa verib. Onun yaxın çevrəsi "The Telegraph"-a deyib: "Kelloq hesab edirdi ki, Moskva danışıqlarda Vaşinqtonu aldadır və əsl məqsədi zaman qazanmaqdır". Bu istefa ABŞ daxilində planın vahid mövqedən doğmadığını göstərir.

 "Real diplomatiya", yoxsa "strateji səhv"?

Tramp administrasiyasının içində iki mövqenin olduğu bildirilir. Planı dəstəkləyənlər: Uitkoff, Kuşner, Vens hesab edir ki,  "müharibə bitməlidir, dünya Ukrayna üçün sonsuz pul ödəyə bilməz". Planı tənqid edənlər: Kelloq, Pentaqonun bəzi nümayəndələri qeyd edir ki, "bu, Putinə yeni hücum üçün nəfəs verir və Qərbi zəif göstərir".

Avropa ilə Vaşinqton arasında yeni çat

Planın ən təhlükəli təsiri siyasi deyil, strateji birlikdə yaranan çatdır. Avropa liderləri artıq açıq formada soruşur: "ABŞ bizsiz Avropanın təhlükəsizlik arxitekturasını dəyişməyə çalışır?". Bu sual NATO-nun gələcək zirvələri və müdafiə formatlarına təsir edə bilər.

Baş verən proseslər göstərir ki, Tramp administrasiyası müharibəni tez bitirmək üçün təzyiqə keçib, Avropa bu yanaşmanı təhlükəli hesab edir, ABŞ daxilində konsensus yoxdur, Kelloqun istefası planın ideoloji deyil, taktiki xaos üzərində qurulduğunu göstərir. Başqa sözlə, bu plan sülhdən çox siyasi zəlzələ və geosiyasi yenidənqurma üçün başlanğıc nöqtəsidir.

Moderator.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri