Icma.az
close
up
RU
Hər iki tərəfi məmnun edən əməkdaşlıq

Hər iki tərəfi məmnun edən əməkdaşlıq

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Fevralın 24-25-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda dövlət səfərində oldu. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü, daha sonra liderlər mətbuata birgə bəyanatla çıxış etdilər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Müdafiə sənayesi sahəsində səmərəli iş birliyi

Hər iki tərəf qarşılıqlı maraq doğuran sahələri və ikitərəfli əməkdaşlığı müzakirə edib, müxtəlif sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

Prezident İlham Əliyev qeyd edib ki, baş nazirlə müzakirə etdiyi məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunub. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razılıq var.

Səfər çərçivəsində liderlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün sazişlərin və memorandumların imzalanmasının da şahidi olublar.

Baş nazirin səfəri çərçivəsində Bakıda Azərbaycan-Pakistan biznes forumu da keçirilib.

Beləliklə, səfərə ümumi yanaşmanı belə təsvir edə bilərik: Liderlər iki ölkə arasında strateji tərəfdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyərək möhkəm dostluğun durmadan inkişafından məmnun olduqlarını bildiriblər.

Sülh naminə ümumi hədəflər

Azərbaycan Prezidenti baş nazirin müxtəlif mühüm sazişlərin imzalanması üçün 2025-ci ilin aprelində Pakistana səfər etmək dəvətini qəbul edib. Azərbaycan və Pakistanın müdafiə sənayesinə, hərbi-texniki əməkdaşlığın dərinləşməsinə diqqət ayırması qlobal düzənin aqressiv şəkildə dizayn edilməsi fonunda xüsusilə əhəmiyyətlidir. Pakistanın çəkindiricilik xüsusiyyəti onun nüvə silahına malik olması və möhkəmlənmiş klassik xarici siyasətinin işığında daha da böyüyür. Azərbaycan isə Cənubi Qafqazda əsas oyunçu olmaqla özünün geosiyasi doktrinasını Mərkəzi Asiya, Yaxın Şərqə doğru irəlilədir. Bu tərz Azərbaycanla Pakistanın əvvəldən mövcud olan dostluğunu, xoşməramlı siyasətini, etimad mühitini format olunan beynəlxalq sistemdə daha da bərkidir. Bunlar, Azərbaycanla Pakistanın beynəlxalq təşkilatlarda bir-birilərinin ümumi maraqlarını dəstəkləməyə, beynəlxalq sülh və təhlükəsizliyi təşviq etməyə istiqamətlənmiş addımlarına güclü təkan verir. Eyni zamanda, Bakı ilə İslamabad müsəlman ölkələri arasında İslam birliyinə əsaslanan qardaşlıq münasibətlərini qoruyub-saxlamağa və möhkəmləndirməyə töhfə vermiş olurlar. Deməli, İlham Əliyevin Pakistana səfərinin çərçivələri daha böyük kontekstə malikdir və Azərbaycanla Pakistan regional və beynəlxalq dizayn üçün yeni sürprizlər hazırlayırlar.

Müdafiə - təxribatlara qarşı hücum

Şahbaz Şərif mətbuata birgə bəyanatda deyib ki, Pakistan ilə Azərbaycan arasında strateji müdafiə sahəsində gözəl əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasının vaxtı çatıb. O, iki ölkənin müdafiə sahəsində birgə istehsal potensialının olmasının vacibliyini də önə çəkib. İlham Əliyevin Pakistana səfər gündəliyində də başlıca prioritet müdafiə sənayesi və birgə istehsalla bağlı məsələlər olacaq. Müzakirə qovluğundakı prioritetlər Azərbaycan, Pakistan və Türkiyə arasında üçtərəfli əlaqələrin daha da dərinləşdirilməsi üçün yollar açır. Üç ölkənin güclü üçbucaqlı əlaqələrinin dərinləşməsi Cənubi Qafqazda Azərbaycanın strateji maraqlarına qarşı cəbhə yaradan qüvvələrlə effektiv cavab kimi də düşünülə bilər. Həm Türkiyənin, həm də Pakistanın Azərbaycana silah ixracını əhəmiyyətli dərəcədə artırması Bakıya böyük geosiyasi dividentlər gətirir. Deməli, Azərbaycanın regionda geosiyasi qələbələrinin nəticələri ardıcıl prosesdir.

Dəhlizlər üzərindəki səhnə

Azərbaycan, Türkiyə və Pakistan qədim ticarət dəhlizləri boyunca yerləşirlər. Çinin iddialı və çoxşaxəli "Bir Kəmər və Bir Yol Təşəbbüsü" azərbaycanlılar, türklər və pakistanlılar üçün yeni iş yerləri yaratmaq, həyat keyfiyyətini artırmaq məqsədilə bu qədim marşrutu canlandırır. Lakin Azərbaycan təkcə Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin deyil, eyni zamanda Şimal-Cənub qlobal ticarət koridorunun bir hissəsidir. Azərbaycanla Pakistan bu məsələdə əməkdaşlıq modeli yaratmaqda israrlıdırlar. Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib:

"Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır".

Göründüyü kimi, hərbi-texniki əməkdaşlığın geosiyasi balansı iqtisadi-ticari əlaqələrin dəhlizlər üzərindən gücləndirilməsi imkanlarına da pəncərə açır. İqtisadi-ticari əlaqələr regional və qlobal çəkişmə mənbələrinin bir-biri ilə dil tapmasına da yardımçı olur.

Azərbaycan və Pakistan:

- Özlərinə qarşı beynəlxalq təcrid risklərini aradan qaldırır,

- Geosiyasi nəticələr əldə etmək üçün hərbi qüdrətlə bərabər, yumşaq gücü də işə salır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri