Hər ikisi evlilik üzüyü ilə görüntüləndi Fotolar
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hollivud ulduzları Tom Holland və Zendaya növbəti dəfə evlilik iddialarını gücləndiriblər.
Axşam.az xəbər verir ki, cütlük Londonda itləri ilə gəzinti zamanı paparatsilərin obyektivinə tuş gəlib. Diqqət çəkən məqam isə Tom Hollandın sol əlinin adsız barmağındakı sadə nikah üzüyü olub.
Daha əvvəl Zendayanın barmağındakı üzük müzakirə mövzusu olsa da, bu dəfə Tomun da nikah üzüyü taxması onların artıq münasibətlərini gizlətmədiyi iddialarını gücləndirib.
Xarici KİV-in yazdığına görə, "Hörümçək adam" filmlərinin ulduzları bu ilin əvvəlində gizli şəkildə ailə qurublar. Bildirilir ki, onlar bir neçə gün əvvəl İngiltərənin Surrey qraflığında yerləşən "Beaverbrook" otelində yaxınlarının iştirakı ilə kiçik toy mərasimi keçiriblər.
Tom Holland və Zendaya hələlik evlilikləri ilə bağlı rəsmi açıqlama verməsələr də, son müsahibələrində buna işarə edən fikirlər səsləndiriblər. Belə ki, Tom süni intellektlə hazırlanmış toy fotoları barədə suala cavabında "Xeyr, çünki bütün qohumlarımız orada idi" deyərək diqqət çəkib.
Zendaya isə "Hörümçək adam: Yeni gün" filminin tanıtımı zamanı bir pərəstişkarının evlilik təklifinə zarafatla "Gecikmisən" cavabını verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Avqust 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















