Icma.az
close
up
RU
“Hər il çoxlu sayda veteran bu qurumlarda müxtəlif vəzifələrə qəbul edilir“

“Hər il çoxlu sayda veteran bu qurumlarda müxtəlif vəzifələrə qəbul edilir“

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Artıq bir neçə ildir ki, Daxili İşlər Nazirliyi (DİN), eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) işə qəbul zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarına xüsusi üstünlük verir, onların işlə məşğulluğuna həsaslıqla yanaşır. Hər il çoxlu sayda veteran bu qurumlarda müxtəlif vəzifələrə qəbul edilir ki, bu da bütün cəmiyyətdə ciddi məmnunluqla qarşılanmaqdadır.

Redaktor.az xəbər verir ki, bununla bağlı moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“DİN və SHXÇDX-nin işə qəbul məsələsində veteranlara, qazilərə üstünlük verməsi, onlara öncəlik tanıması olduqca müsbət və təqdirəlayiq bir addımdır.

Bildiyiniz kimi, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinə, qazilərə hörmət və ehtiram göstərməyin, onların qayğısına qalmağın vacibliyini vurğulayıb, bunun hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, biz Vətən müharibəsindəki qələbəmizə görə Azərbaycan zabitinə, Azərbaycan əsgərinə borcluyuq. Bu mənada onların bütün qayğıları kimi məşğulluq problemlərinin də həlli bizim üçün prioritet olmalıdır.

Mən qazilərimizə göstərdiyi bu həssas münasibətə görə bütün veteranlar adından  həm DİN-ə, həm də SHXÇDX-ə öz dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, digər dövlət və qeyri-dövlət qurumları bundan ibrət almalı, onlar da işə qəbul məsələsində ilk növbətə şəhid ailələri və veteranlara üstünlk verməlidir. Bu, həm həssas kateqoriyaya daxil olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, həm də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından həyati əhəmiyyətə malikdir.

Şəhid ailələri kimi qazilərimiz də bizim qürur mənbəyimizdir və biz hər zaman olduğu kimi bundan sonra da onların hər bir istək və mraciətinə həssaslıqla yanaşmalı, onlara olan sevgi və ehtiramımızı daim əməli şəkildə ortaya qoymalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri