Hər kəs bu 3 BÜRCÜN yanında olmasını istəyir Onlar sizi xoşbəxt edəcək
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Astrologiyada hər bürcün özünəməxsus enerjisi var. Elə bürclər də var ki, daxil olduqları məkana günəş kimi işıq, pozitivlik saçırlar.
Həmin 3 bürcü təqdim edir.
Əkizlər bürcü
Zarafatcıl və ünsiyyətcil olan Əkizlər asanlıqla mənfi düşüncələrə qapılmazlar. Yeni insanlarla tanış olmaqdan, fərqli fikirləri öyrənməkdən zövq alarlar. Özlərini narahat edəcək vəziyyətlərdən isə uzaq durmağa çalışırlar. Bu səbəbdən Əkizlər ən pozitiv bürclər arasında xüsusi yer tutur.
Oxatan bürcü
Olduğu mühitə enerji qatmağı bacaran Oxatan bürcündən olanlar coşğu və nikbinliklə ətrafdakı insanlara rahatlıqla təsir edirlər. Həyatı bir macəra kimi görür, problemləri isə böyütmək əvəzinə onlardan dərs çıxarmağa üstünlük verirlər. Bu yanaşma onlara kədəri qapı arxasında qoymağı və hər zaman ümidli qalmağı təmin edir.
Şir bürcü
Şirlər gülməyi, diqqət mərkəzində olmağı və özünü ifadə etməyi sevirlər. Özünəinamları yüksək olduğundan adətən bədbinlikdən uzaq olurlar. Eyni zamanda başqalarına motivasiya verməyi bacarırlar.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















