Icma.az
close
up
RU
Hər kəs istəyirdi, Əliyev dilə gətirdi: İki ölkə üçün də şans var Kritik TƏKLİF

Hər kəs istəyirdi, Əliyev dilə gətirdi: İki ölkə üçün də şans var Kritik TƏKLİF

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev ötən gün Qəbələdə baş tutan zirvə görüşündə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimlər keçirməsini təklif edib.

Dövlət baçısının təklifi böyük maraqla qarşılanıb. Əvvəllər də “Turan ordusu” ilə bağlı bir sıra müzakirələr və təşəbbüslər olmuşdu. Amma bu dəfə məsələ daha ali tribunadan və ciddi ünvandan səsləndirildi.

Bu təklif “Türk NATO-su”nun qurulacağı mesajı kimi dəyərləndirilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) hərbi sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı təklifi yerində və zəruridir:

“Bu gün dünyada yeni silahlanma yarışları başlayıb. Köhnə ittifaqlar dağılır, yeniləri formalaşır. Dünyanın bir çox nöqtəsində aktiv hərbi əməliyyatlar aparılır. Belə bir şəraitdə TDT kimi dinamik və güclü bir təşkilatın hərbi sahədə əməkdaşlığı dərinləşdirməsi çox vacibdir. Bu, gələcəkdə ciddi bir amilə çevrilə bilər.

TDT daxilində “Turan ordusu” və ya başqa bir ad altında ortaq hərbi strukturun yaradılması da mümkündür. Əslində, adın özü o qədər də vacib deyil. Çünki gələcəkdə bu əməkdaşlıq türk mənşəli olmayan, lakin regionda maraqları olan Pakistan və Suriya kimi ölkələrin də diqqətini çəkə bilər. O baxımdan təşkilata daha geniş yanaşmaq və uyğun ad seçmək istisna olunmamalıdır.


Kazım Kazımov

Hərbi əməkdaşlıq, üzv ölkələrin müdafiə sahəsində əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan artıq bir sıra üzv ölkələrlə, xüsusilə də qardaş Türkiyə ilə dərin hərbi və strateji müttəfiqlik münasibətlərinə malikdir. Bütün bunlar TDT üçün böyük əhəmiyyət kəsb edir.

İnanıram ki, Prezident İlham Əliyevin bu təklifi yaxın vaxtlarda reallaşacaq və biz TDT-nin ortaq hərbi təlimlərinin şahidi olacağıq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri