Icma.az
close
up
RU
Hər kəsin qardaşı, bacısı olsun

Hər kəsin qardaşı, bacısı olsun

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

10 aprel Beynəlxalq Qardaş və Bacılar Günüdür. Elə bu gündən yola çıxaraq ailələrimizdə bacı həsrəti çəkən qardaşlardan danışmaq, bəzən öz əlimizlə pozduğumuz bioloji faktora nəzər salmaqla, bacıları qətiyyən qardaşsız qoymayan, lakin qardaşları bacısız qoyan bizlərdən söhbət açmaq istəyirəm.

Öncə vurğulayım ki, 1990-cı illərdə uşağın cinsiyyətinin bəlli olması ilə əlaqədar USM (ultrasəs müayinəsi) dəbə düşdü. Həkimlər hamilə qadınları bu müayinədən keçirməklə, qız və yaxud oğlu olacağını təyin edirdilər. Bu iş isə baxırdı həkimə. Savadlı, bacarıqlı həkim bunu düz təyin edə bilirdi. Təyin edə bilməyən həkimlərinsə “verdiyi söz” çox halda yalan çıxırdı: ana oğlan gözlədiyi halda, dünyaya qız gətirirdi. Lakin zaman-zaman bu müayinə üsulu daha da təkmilləşdirildi, həkimlər də bu sahədə peşəkarlaşdı. Beləliklə, kim hansı cinsdən uşaq dünyaya gətirmək istədisə, onu edə bildi. Bioloji tarazlıq da bununla pozulmağa başladı.

Əvvəllər ailələrdə beş bacının bir qardaşı, dörd qardaşın bir bacısı olurdu. İki oğlan-üç qız, dörd qız-iki oğlan olan ailələr vardı. Və yaxud da qardaşsız, bacısız uşaqlar da olurdu. Yəni Allahın verdiyinə insanlar tabe olurdu. Daha sonralar isə USM ilə Allaha qarşı çıxdıq və Allahın məsləhət bilmədiyini bizlər məsləhət bildik. Beləliklə, çox uşağın olmasını artıq hesab etdik.

Biz nə zaman dünyaya gətirdiyimiz qıza qardaş, qardaşa bacı verə bilirik? Məsələn, bir ailədə ard-arda iki oğlan uşağı doğulubsa, burada artıq qıza ehtiyac olmadığını düşünənlər var. Lakin bir ailədə ard-arda iki qız uşağı doğulubsa, nəyin bahasına olursa-olsun, üçüncü uşaq dünyaya gəlməlidir, bu, oğlan olmalıdır. Və yaxud da birinci uşaq oğlandırsa, artıq heç bir narahatlıq olmur, əşi, ikinci nə olur, olsun. Lakin birinci qızdırsa, ikinci hökmən oğlan olmalıdır. Bunu isə USM tənzimləyir.

USM sayəsində artıq illərdir ki, ölkəmizdə oğlanlar qızlardan çox doğulur. Bu gün doğuş göstəricilərinə görə cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. Göründüyü kimi, günün adı da Beynəlxalq Qardaş və Bacılar günüdür. Elə burada da qardaşın önə keçməsi heç də təsadüfi deyil. Nədənsə bütün dünya oğlanla qız arasında bir ayrı-seçkilik içərisindədir. Bunun səbəbini insan övladı hələ də anlamadan elə öz iddiasında qalmaqdadır.

Vaxtilə bəzi ölkələrdə qızların doğulması ilə yasa batmaq, onların qətlə yetirilməsi kimi hallar da olub. Qızı və yaxud oğlu olanlar arasında fərq kimi adətlər də olub. Bizdə isə həmişə öz aktuallığını qoruyan belə bir deyim var: Allah sənə şirin bir pay versin. Bu şirin pay isə oğlan övladı olub.

Bütün bu ayrı-seçkiliklərə baxmayaraq, gəlin, bacılara qardaş düşündüyümüz kimi, qardaşlara da bacı düşünək. İlkimiz, ikincimiz qızdırsa, üçüncü hamiləlikdə xəstəxana yollarında qalıb, USM-dən keçərək uşağın cinsini öyrənib oğlan olduğuna əmin olandan sonra könlümüz rahat olduğu kimi, əşi, iki oğlum var da, nə edirəm üçüncü uşağı deməyək. O qardaşlara axı bacı lazımdır.

Ümumiyyətlə, evlərimizin yaraşığı uşaqlardır. Onların hansı cinsdən olmasına baxmayaraq, uşaqlar bir dünyadır. Qaldı onların cinsini zərrəbinlə düşünən ailələrə, qoy onlar heç olmasa, oğlan-qız tarazlığını pozmasın. Beynəlxalq Qardaş və Bacılar günündə hər kəs yanında qardaşını, bacısını görə bilsin.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri