Hər kitab bir dünyadır
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi əsasında misirli yazıçı Əşrəf Dalinin məşhur “Şəmaus” romanı Azərbaycan dilində nəşr olunub.
Tərcüməsi Təranə Məmmədə aid olan kitaba şair-filoloq Adilə Nəzər “Ön söz” yazıb. Əsərdə müasir Misir cəmiyyətinin sosial təbəqələşməsi və mənəvi aşınması öz əksini tapıb. Roman cəmiyyətin ağrılı problemlərinə, insan talelərinə və ədalət axtarışına diqqət çəkir. Süjet xəttinin mərkəzində kəndli qızı Nərgizin faciəvi ölümü və bu hadisədən sonra başlanan ədalət axtarışı dayanır. Müəllif bu faciə vasitəsilə cəmiyyətdəki sosial ziddiyyətləri, mənəvi böhranı və insanın haqq uğrunda mübarizəsini bədii şəkildə təqdim edir.
***
Yazıçı-jurnalist və tədqiqatçı Ayətxan Ziyadın (İsgəndərov) qələmə aldığı “Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud uşaq dünyası Zaur Ustacın gözü ilə” monoqrafiyası “İmza” Nəşrlər Evində işıq üzü görüb.
Kitabın elmi redaktoru və “Ön söz” müəllifi professor Kamal Camalovdur. Əsər şair, publisist Zaur Ustacın uşaq poeziyasını elmi-nəzəri müstəvidə təhlil edən və Azərbaycan uşaq ədəbiyyatşünaslığına həsr olunmuş mühüm tədqiqat işidir. Qeyd edildiyi kimi, Zaur Ustacın şeirlərində uşaqların yaş dövrləri, onların daxili psixoloji duyumları, təfəkkür tərzi və dünyanı qavrama xüsusiyyətləri dərindən əks olunur. Yaradıcılıq nümunələri müasirlik, millilik və islamçılıq ənənələrinin sintezi kontekstində qiymətləndirilir.
Ə.ƏLİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 22 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















