Hər mövqedə çatışmazlıqlar var Adil Şükürov
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Kəpəz"in baş məşqçisi Adil Şükürov "Sumqayıt"la yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"Uşaqlar yorğunluq fonunda mübarizə apardılar. Məşqlərdə fiziki çox yüklənirlər. Ona görə matçda da yükləmə altında oynadılar. Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq. Epizodlarda bir az düzgün, dəqiq olsaydıq, belə səhvlər olmazdı".
A.Şükürov yeni transferlərə ehtiyac olduğunu da bildirib: "Hər mövqedə çatışmazlıqlar var. Danışıqlar gedir, transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik. Heyət komplektləşmədiyindən bəzi futbolçuları məcburiyyətdən öz mövqelərində oynada bilmirik. Bu da komandanın oyununa öz təsirini göstərir. Oyunçular doğma mövqelərində çıxış etməyə başladıqdan sonra daha mübariz, nəticəli komanda olacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 01 Avqust 2025 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















