Hər müştəri bu çantanı ala bilməz Əvvəlcə yoxlanılmaq lazımdır FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Lüks moda brendi "Hermes" müştərilərinin məşhur Birkin çantasını almağa "layiq" olub-olmadığını müəyyən etmək üçün onların ev ünvanlarını və sosial media hesablarını izləməkdə ittiham olunur.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Fransız moda nəşri "Glitz" tərəfindən aparılan araşdırma "Hermes" işçilərinin potensial müştərilərin ünvanlarını "Google" vasitəsilə araşdırdığını, eyni zamanda onların sosial şəbəkə hesablarını yoxladığını üzə çıxarıb. Məqsəd müştərinin kifayət qədər nüfuzlu həyat tərzinə sahib olub-olmadığını müəyyənləşdirməkdir.
İddialara əsasən, Birkin çantası əldə edildikdən sonra da müştərilər izlənir. Əgər çantanın sonradan satışa çıxarıldığı aşkar edilərsə, həm müştəri, həm də satışı həyata keçirən işçi qara siyahıya salınır.
Araşdırmada qeyd olunur ki, "Hermes"də "hər yeni müştəri avtomatik şübhəli sayılır". İşçilər "düzgün müştəri"ni müəyyən etmək üçün bahalı saatlar (Audemars Piguet, Richard Mille) kimi detallara diqqət yetirir, bəzi dəbdəbəli Rolex modelləri isə etimadsızlıq yarada bilir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Yanvar 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















