Icma.az
close
up
RU
Hər şagirddən 12 manat: Xırdalanda məktəbdə foto qalmaqalı

Hər şagirddən 12 manat: Xırdalanda məktəbdə foto qalmaqalı

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni tədris ili iki gündür başlayıb, amma artıq bir sıra məktəblərdə narazılıqlar özünü göstərir.

News24.az "Bakupost.az"-a istinadla xəbər verir ki, ilk şikayət Xırdalan şəhərində yerləşən 7 saylı tam orta məktəbdəndir.

Valideynlər onlara məcburi şəkil satılmasından narazıdırlar. Belə ki, Bilik Günü ilə bağlı tədbirdə şagirdlərin şəkilləri çəkilib və məktəbin direktor əvəzi Yeganə Paşayeva sinif rəhbərləri vasitəsilə valideynlərə bildirib ki, hər biri dörd şəkil almalıdır.

"Hər valideyn üçün bu, 12 manat təşkil edir. Məktəbdə 1-ci siniflərin sayı yeddidir. Bu siniflərdə ümumilikdə 200-dən çox şagird təhsil alır. Əgər hər bir şagird bu ödənişi etməli olarsa, bu, 2400 AZN deməkdir. Hansı ki, 1 fotonun çap olunması cəmi 30-40 qəpikdir", - deyə valideyn şikayətlənib.

Onun sözlərinə görə, digər valideynlər də bu vəziyyətdən narazı qalıb, bəziləri məktəbə gedərək etirazını bildirib. Onlar qeyd edirlər ki, şəkilləri almağa maddi imkanları yoxdur. Bir valideynin sözlərinə görə, kirayədə yaşayır və uşağın məktəb ləvazimatları xərclərini çətinliklə qarşılayıb, indi də şəkil almağa məcbur edilir və buna imkanı yoxdur.

Valideynlərin sözlərinə görə, direktor əvəzi fotoqrafın guya Regional Təhsil İdarəsi ilə müqaviləsi olduğunu və oradan göndərildiyini bildirib. Məsələnin əsl təşəbbüskarının kim olduğu isə valideynlər üçün aydın deyil. Eyni zamanda, bəzi müəllimlərin də bu vəziyyətdən narazı olduqları bildirilir.

Məsələ ilə bağlı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Yeganə Paşayeva ilə əlaqə saxladıq. O, valideynlərin şəkil almağa məcbur edildiyi barədə iddiaları inkar etdi:

“Belə bir hal olmayıb. Valideynlər özləri şəkil çəkdirib, kimsə alıb və ya almayıb. Əgər sübut varsa, gətirsinlər, kimsə bunu edibsə, mən də onun barəsində lazımi qaydada tədbir görüm. Sadəcə kənardan fotoqraf gəlmişdi, biz də icazə vermədik ki, regional idarədən icazə almalısınız. Hansı valideynin problemi varsa, gəlsin, necə lazımdırsa, kömək edək”.

Qeyd edək ki, Yeganə Paşayeva artıq üçüncü ildir 7 saylı məktəbdə direktor vəzifəsini müvəqqəti icra edir.

Mövzu ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see4491

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see359

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see261

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see146

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see144

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see143

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see142

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see141

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see135

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see131

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see131

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see130

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see126

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see123

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see122

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see122

Təəssüf: Türkiyə yığması qitə çempionu ola bilmədi

15 Sentyabr 2025 00:04see121

Premyer Liqa: Mançester Siti dən rahat qələbə

15 Sentyabr 2025 00:54see120

Ukraynalı səfir infarkt keçirdi

14 Sentyabr 2025 21:34see119

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri