Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Hər şey qadına verdiyi bu suala görə oldu Tanışını döydü, hakim bağışladı

Hər şey qadına verdiyi bu suala görə oldu Tanışını döydü, hakim bağışladı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Şəmkir rayonunda 1978-ci il təvəllüdlü Əlvan aralarında yaranmış mübahisə zamanı tanışı Elmara (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 28-də Şəmkir şəhəri, N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində baş verib. 
Əlvan həmin gün saat 18:30-da aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı baş zərbəsi ilə Elmarın baş və sifət nahiyəsinə vurub. 
Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən Elmar onun tanışıdır:
“Həmin şəxslə aramızda normal münasibətlər olub. Mayın 28-də Elmarın qeyri-rəsmi sevgi münasibətində olduğu adını bilmədiyim xanımı gördüm. Həmin xanıma yaxınlaşaraq nə səbəbə Elmarla olan münasibətinə son qoyduğunu soruşdum. Həmin xanım Elmardan gileyləndi və münasibətlərinin pozulduğunu bildirdi. Daha sonra həmin xanımla sağollaşdım və əyləşdiyim yerə qayıtdım. Təxminən 20 dəqiqə sonra Elmar oraya gəldi və mənimlə salamlaşdı. Elmardan nə səbəbə qeyri rəsmi sevgi münasibətində olduğu xanımla ayrıldığını soruşdum. Həmin xanımın bir müddət əvvəl burada olduğunu dedim. Həmin vaxt Elmar əsəbləşdi və məni qeyri-etik ifadələrlə söyərək təhqir etdi. Elmarın sözlərindən əsəbləşdim və onun üzərinə yeriyən zaman ətrafda olan tanımadığım şəxslər bizi ayırdı. Elmar oradan ayrıldı. Mən də oranı tərk edərək yaşadığım evə getdim”.
Əlvan qeyd edib ki, həmin gün saat 18:30-da çayxanaya gedib: “Çayxanaya daxil olduğum zaman Elmarında orada gördüm. Mən Elmarı çayxanadan çölə çağırdım və onun işlədiyi su matoru təmir edilən iaşə obyektinin qarşısına gəldik. Həmin vaxt Elmara işlətdiyi söyüşlərə görə irad bildirdim və üzr istəməsini tələb etdim. Elmar yaxşı etdiyini və üzr istəməyəcəyini dedi. Həmin an Elmarın bir yerdə işlədiyi Amin adlı şəxs bizi görərək yanımıza yaxınlaşdı. Mən əsəbləşərək baş zərbəsi ilə Elmarın üz nahiyyəsinə vuraraq onu döydüm. Bu vaxt Amin bizi ayırdı, mən oranı tərk etdim”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri