Icma.az
close
up
RU
Hər şeyim kül oldu Məşhur müğənni 2 milyonluq sərvətini itirdi

Hər şeyim kül oldu Məşhur müğənni 2 milyonluq sərvətini itirdi

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur türkiyəli müğənni Kənan Doğulu Los-Ancelesdəki villasının yanması ilə bağlı ilk dəfə səmimi açıqlamalar verib. Sənətçi başına gələn bu hadisədən sonra həyata baxışının tamamilə dəyişdiyini bildirib.
Demokrat.az
xəbər verir ki, qatıldığı televiziya proqramında danışan ifaçı meşə yanğınları zamanı külə dönən mülkü barədə maraqlı detalları paylaşıb.
Doğulu bildirib ki, Los-Ancelesdə yerləşən və dəyəri təxminən 2 milyon dollar olan lüks villası yanğın nəticəsində tamamilə məhv olub. Sənətçi hadisədən sonra mülkiyyət hissinə qarşı bir soyuqluq yaşadığını etiraf edib:
"Evim kül oldu. Bu hadisədən sonra mülkiyyət hissinə qarşı bir soyuma yaşadım. Həyatımdan milyonlarla əşya bir anda yox oldu. İmzalı gitarlarım, albomlarım, xüsusi studiya avadanlıqlarım, avtomobillərim və saysız-hesabsız xatirələrim həmin yanğında məhv oldu".
Maddi itkisi böyük olsa da, müğənni bu hadisəyə fərqli bir prizmadan yanaşdığını vurğulayıb. O, əşyaların itməsindən sonra özünü daha yüngül hiss etdiyini deyib:
"Bir anda sanki üzərimdən böyük bir yük qalxdı, rahatladım. Mala gəlsin, cana gəlməsin. Çox üzüldüm, amma hadisə anında orada olmadığımız üçün xoşbəxtəm. Bu, böyük bir travma olsa da, həll olunmayacaq bir şey deyil".
Hazırda yanan evin ərazisini satmağa çalışdığını deyən Kənan Doğulu, başqa bir yerdən yeni mülk almağı planlaşdırır. 
Xatırladaq ki, sözügedən yanğınlar 2025-ci ilin əvvəlində baş vermiş, 28 nəfərin ölümünə və 16 mindən çox tikilinin məhv olmasına səbəb olmuşdu. Bu fəlakət Kənan Doğulu və həyat yoldaşı, məşhur aktrisa Beren Saat cütlüyünə də ciddi maddi və mənəvi zərbə vurub.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri