Icma.az
close
up
RU
“Hər uşağa 64, hər səfirlik işçisinə 10 17 min manat...” Ekspert

“Hər uşağa 64, hər səfirlik işçisinə 10 17 min manat...” Ekspert

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadçı ekspert Toğrul Vəliyev ölkədə sosial investisiyaların, xüsusilə məktəbəqədər təhsilin iqtisadiyyat və məşğulluq üzərindəki təsirini təhlil edib. O bildirir ki, bu sahəyə ayrılan vəsaitin artırılması qadınların məşğulluğunu yüksəldir və iqtisadi inkişafı stimullaşdırır.

Ekspertin sözlərinə görə, məktəbəqədər təhsilə dair universal dövlət proqramları qadınların əmək bazarına qoşulmasına şərait yaradır. Bu isə, onun fikrincə, sadə və aydın məntiqə əsaslansa da, bu reallığı qəbul edənlərin sayı azdır.

Toğrul Vəliyev qeyd edib ki, Azərbaycanda bu il məktəbəqədər təhsilə 467 milyon manat, yəni dövlət büdcəsinin cəmi 1,1%-i ayrılıb. Müqayisə üçün, xaricdəki diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq tədbirlərin keçirilməsi üçün xərclər birlikdə 453 milyon manat təşkil edir. 

Ekspert hesablayır ki, 608 min uşaq üçün ayrılan bu vəsait hər uşağa ayda təxminən 64 manat düşür. Xaricdəki nümayəndəliklərin saxlanması isə bir nəfərə ayda təxminən 10-17 min manat xərc tələb edir.

Ekspert vurğulayıb ki, problem xarici nümayəndəliklərin xərclərində deyil, məktəbəqədər təhsilə ayrılan vəsaitin yetersizliyindədir. Onun sözlərinə görə, bu sahəyə yatırılan investisiya yalnız iqtisadi deyil, sosial baxımdan da müsbət təsir göstərir.

Toğrul Vəliyev qeyd edib ki, aparılan beynəlxalq tədqiqatlara əsasən, məktəbəqədər təhsilə yatırılan hər 1 dollar, iqtisadiyyata 3-20 dollar arası gəlir gətirir. Bu isə əsasən qadınların iş həyatına qatılması hesabına baş verir və dövlət büdcəsinə xərclərin qismən kompensasiya olunması ilə nəticələnir.

Ekspert hesab edir ki, hökumət yalnız məktəbəqədər deyil, həm də orta və ali təhsil, mədəniyyət və hətta nəqliyyat (məsələn, metro tikintisi) sahələrinə yatırımı artırmalıdır. Onun fikrincə, bu sahələrə ayrılan vəsait hazırkı səviyyədə kifayət etmir və ən azı 2-3 dəfə artırılmalıdır. Bu investisiyalar dərhal nəticə verməsə də, uzunmüddətli perspektivdə insanların rifahını yüksəldir və iqtisadi inkişafı stimullaşdırır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri