Icma.az
close
up
RU
Hər yer su altında qaldı, təkcə onun evindən başqa: ailə sirri GİZLƏDİR FOTO

Hər yer su altında qaldı, təkcə onun evindən başqa: ailə sirri GİZLƏDİR FOTO

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Tennessi ştatınının Ridqely qəsəbəsində baş verən güclü sel fəlakətində onlarla insan evlərində köməksiz qalıb, ətraf ərazilər tamamilə su altında qalıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu dəhşətli təbiət hadisəsi zamanı bir evin tamamilə salamat qalması hər kəsi təəccübləndirib.

Söhbət qəsəbədə yaşayan Humphrey ailəsinin evindən gedir. Baş verən güclü yağışlar bölgədə 100-dən artıq insanın evlərində və avtomobillərində köməksiz qalmasına səbəb olub. Lakin həmin ailənin evi nə sel sularından, nə də palçıqdan zərər görüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə evin ətrafındakı bütün məhəllələrin və mülklərin sular altında qalmasına baxmayaraq, ailəsinin evi "adada" yerləşən ev kimi görünür.

İddialara görə, bu ailə illərdir evlərinin ətrafında süni torpaq bənd sistemi qurmaqla məşğuldur. Lakin ailə bu sistemin dəqiq necə qurulduğunu ictimaiyyətə açıqlamayıb. Bu isə sosial mediada böyük marağa və fərziyyələrə səbəb olub.

Son həftələrdə Ortabatı bölgəsini cənginə alan şiddətli fırtına və yağışlar nəticəsində azı 21 nəfər həyatını itirib. Təbii fəlakət Kentusky, Missisipi və Tennessi ştatlarının bir hissəsində güclü yağış, dolu, qasırğa və küləklərlə müşahidə olunub.

Tennessi Səhiyyə Departamentinin verdiyi məlumata görə, təkcə bu ştatda təhlükəli hava şəraiti səbəbindən 10 nəfər ölüb. Bölgədəki bir çox ailəyə evlərini təcili boşaltmaq tapşırılıb, bəziləri isə xilasedicilər tərəfindən qayıqlarla təxliyə olunub.

Hazırda yerli əhali və ekspertlər Humphrey ailəsinin sirli sisteminin təfərrüatlarını öyrənməyə çalışır.

Hüseyn
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Aprel 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri