Hərb olmadan bu ərazi ABŞyə birləşəcək Vens
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının gələcək vitse-prezidenti J.D.Vens ABŞ-nin Qrenlandiyada hərbi güc tətbiq etməsinə ehtiyac olmadığını bildirib.
Ölkə.Az xəbər verir ki, bu barədə "Fox News"a müsahibəsində deyib.
Vens xatırladıb ki, onsuz da ABŞ-nin artıq adada hərbi mövcudluğu var.
Gələcək vitse-prezidentin sözlərinə görə, Trampın oğlu kiçik Donald Trampın bu yaxınlarda səfəri zamanı yerli sakinlər öz resurslarını inkişaf etdirmək hüququna malik olmaq arzusunu ifadə ediblər.
KİV-in məlumatına görə, kiçik Tramp Qrenlandiyaya səfəri zamanı evsizlərə PR kampaniyası üçün rüşvət verib. Onun fikrincə, Danimarka hakimiyyəti regionun təhlükəsizliyini təmin etmək üçün kifayət qədər iş görməyib.
O qeyd edib ki, bu, Birləşmiş Ştatlar üçün Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsində və təbii sərvətlərin istismarında liderlik etmək üçün yaxşı fürsətdir.
Vens onu da əlavə etdi ki, Tramp sövdələşmələr etməkdə ən yaxşısıdır.
Mürtəza
Ölkə.Az
Baxış sayı:132
Bu xəbər 13 Yanvar 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















