Hərbçi olmaq istəyənlərin nəzərinə Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərinə elektron sənəd qəbulu elan edir.
BAKU.WS xəbər verir ki, Azərbaycan vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı "Sənədlər" hissəsindən proseslə bağlı məlumatları əldə edə bilərlər.
Qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyev adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin "Hərbi həkim" və "Hərbi feldşer işi" ixtisaslarına nəzərdə tutulub.
Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə müraciət edənlər üçün tibbi müayinələrin keçirilməsi 01 aprel - 30 iyun, Hərbi liseylərə müraciət edən vətəndaşlar üçün 01 may - 30 iyun, seçimlərin aparılması isə 01 iyul - 31 avqust tarixlərində nəzərdə tutulur.
Qadın cinsli namizədlərin qəbulu Müdafiə Nazirliyinin müəyyən olunmuş kadr tələbatına və ixtisaslar üzrə plan yerlərinə uyğun olaraq həyata keçirilir.
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi - *0811 (iş günlərində saat 09:00- dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.
Baxış sayı:109
Bu xəbər 02 Fevral 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















