Hərbçilərimiz ölkəmizə qayıtdı Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Müvafiq kursu uğurla başa vuran hərbi qulluqçularımızın Azərbaycana qayıtması münasibətilə tədbir keçirilib.
Kurs müddətində hərbi mütəxəssislərimiz dost və qardaş ölkə Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyət göstərərək yüksək nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər.
Vətənə qayıdan hərbi qulluqçularla görüşən Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirib.
Nazir müavini kursu müvəffəqiyyətlə başa vuran bütün heyəti fəxri fərmanla mükafatlandırıb.
Kursda yüksək peşəkarlıq nümayiş etdirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “kiçik gizir” hərbi rütbəsi ilə təltif edilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 29 May 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















