Icma.az
close
up
RU
Hərbi ekspert: “Azərbaycan ordusunda qadın hərbçilərin iştirakı artıq reallıqdır”

Hərbi ekspert: “Azərbaycan ordusunda qadın hərbçilərin iştirakı artıq reallıqdır”

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər baş verən silahlı münaqişələr dünya təhlükəsizlik gündəmini dəyişib. Bu fonda qadınların hərbi təlimlərə cəlb olunması və orduya inteqrasiyası məsələsi bir çox ölkələrdə aktuallaşıb. Azərbaycanda isə bu məsələ hələlik müzakirə səviyyəsindədir.
Hərbi ekspert Heydər Mirzə Demokrat.az-a açıqlamasında deyib ki, qonşu ölkələrdə silahlı münaqişələr, strateji obyektlərin hədəf alınması və hətta radioaktiv təhlükələrin gündəmə gəlməsi mülki müdafiənin əhəmiyyətini artırır:
“Bu fonda qadınların da ölkənin müdafiə sistemində iştirakı məsələsi gündəmə gəlir. Müxtəlif ölkələrin təcrübələri, o cümlədən İsrail modeli göstərir ki, qadınlar da kişilərlə bərabər orduya cəlb edilə bilər və bu praktika uğurla həyata keçirilir. 
Azərbaycanda son illərdə ordu islahatları çərçivəsində peşəkar ordunun yaradılması istiqamətində ciddi addımlar atılıb. Xüsusi təyinatlı hərbi kolleclərin açılması Bakı, Gəncə və Naxçıvan bu sahədəki mühüm təşəbbüslərdəndir”. 
Ekspert qeyd edib ki, bu kolleclərdə qadınların da müəyyən hərbi ixtisaslar üzrə təhsil alması mümkündür:
“Mən öz təcrübəmdən deyə bilərəm ki, Azərbaycan ordusunda qadın hərbçilərin iştirakı artıq reallıqdır. Xüsusilə qərargah işlərində, informasiya sistemlərində, hava hücumundan müdafiə sahələrində və texnoloji yönümlü ixtisaslarda qadınların rolu artır. Bu sahələrdə fiziki gücdən çox bilik və texniki bacarıqlar ön plandadır. Bundan əlavə, 44 günlük Vətən müharibəsində də qadın hərbçilərimizin şücaətini, fədakarlığını gördük. Onlardan bəziləri orden və medallarla təltif edilib, şəhidlik zirvəsinə ucalan qadınlarımız da var. 
O ki qaldı, mülki əhalinin, o cümlədən qadınların könüllü və ya icbari şəkildə təlimlərə cəlb olunmasına bu da son dərəcə vacib məsələdir. 
Xüsusilə strateji obyektlərdə, dövlət əhəmiyyətli müəssisələrdə çalışan şəxslər cinsindən asılı olmayaraq mülki müdafiə və fövqəladə hallara hazırlıq təlimlərinə cəlb olunmalıdır. Bu sahədə təlimlərin könüllü yox, məcburi olması daha məqsədəuyğundur. 
Yekun olaraq qeyd etmək istəyirəm ki, bu istiqamətdə hələ görüləsi çox iş var. Amma həm qlobal tendensiyalar, həm də ölkə daxilində atılan addımlar göstərir ki, gələcəkdə qadınların təhlükəsizlik və müdafiə sektorunda iştirakı daha da artacaq. Bu, həm milli gücümüzün, həm də cəmiyyətin müasir inkişaf səviyyəsinin göstəricisidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri