Icma.az
close
up
RU
Hərbi ekspert diplomunu ala bilməyib əsgərliyə gedənlərdən DANIŞDI Həmin tələbəyə...

Hərbi ekspert diplomunu ala bilməyib əsgərliyə gedənlərdən DANIŞDI Həmin tələbəyə...

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, universiteti bitirib, ancaq kəsr və digər səbəblərdən dolayı diplom ala bilməyənlər əsgərliyə getdikdə onlara güzəşt edilsin. Heç olmasa, xidmət müddəti 6 ay yox, 1-2 ay uzadılsın. 

Bəs universitet oxuyub, amma hələ diplom ala bilməyən tələbələrə hərbi xidmətlə bağlı başqa hansı güzəştlər edilə bilər?

Bu barədə hərbi ekspert İbrahim Rüstəmli Redaktor.az-a açıqlamasında deputatın təklifini yüksək qiymətləndirdi. 

O, əlavə etdi ki, əsgərlik həyatı qarışıqdır. Tələbə kəsrə görə əsgərliyə gedirsə, o qayıdandan sonra ən azı bir il yarım keçir, çünki ali təhsilli kimi getmir. Qayıdanacan bu vaxta kimi öyrəndiyi biliklərin unudulması, yaddan çıxması və s. kimi hallar baş verir:

"Onlara mütləq bir dəfə şans vermək lazımdır. Məsələn, orta məktəbi bitirən uşağın bir şansı olur ki, getsin ali məktəbə sənəd versin. Kəsrə görə onu hərbi xidmətə göndərməyin də müxtəlif səbəbləri ola bilər. Bu kəsrin arxasında nə dayanır? Tələbənin özünün xarakterinin, təhsilə münasibətinin də burada rolu çox önəmlidir. 

Hərbi xidmətə çağırış dörd dəfə həyata keçirilir, yəni hər üç aydan bir çağırış olur. Həmin tələbəyə də üç ay möhlət verəndə dünya dağılmır. Amma ikinci, üçüncü şanslara ehtiyac yoxdur. Əgər onun bir kəsri azdırsa, ona möhlət verilsə, çox yaxşı olardı. Bu, həm onun üçün bir motivasiya olar, həm də təhsilinin arası qırılmaz, təhsil davamlılığı gözlənilər. Yoxsa bir il altı ay gedib, nə bilirsən, harada xidmət edəcək? Bəlkə də ən çətin bölgədə xidmət edəcək?".

Hərbi ekspertin sözlərinə görə, bu, humanizm, təhsil, praktik və nəzəri baxımdan da çox yaxşı təklifdir.

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri