Icma.az
close
up
RU
Hərbi ekspert: Tramp sülhə nail ola bilməyəcək

Hərbi ekspert: Tramp sülhə nail ola bilməyəcək

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Ukraynada müharibəni dayandırmaq üçün Rusiyanı razı salmaq lazımdır. Rusiyanı razı salmaq üçün Kremlin tələblərini yerinə yetirmək lazım gəlir. Bu tələblər isə qeyri-realdır və onu heç kim qəbul etməz. Bu baxımdan hesab edirəm ki, ABŞ prezidenti Donald Tramp sülhə nail ola bilməz. Son hadisələr də göstərir ki, o, sülhə nail ola bilməyib. Halbuki müharibəni 24 saat ərzində dayandıracağına söz vermişdi”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.
A. İsazadə əmindir ki, ABŞ prezidenti sülhə nail ola bilmədiyini etiraf etməyəcək, üstəlik, etiraf etmədiyi üçün təqsirkar axtarışına çıxacaq. Onun sözlərinə görə, bu zaman Tramp ya Rusiyanı, ya da Ukraynanı ittiham edə bilər.
A. İsazadənin fikrincə, D. Tramp daha çox Ukraynanı ittiham edə, müharibəni dayandırmaq istəməyən, sülh prosesini pozan tərəf kimi göstərməyə cəhd edə bilər və bu, artıq bir dəfə müşahidə olunub.
“Rusiya özünü daha çox aqressiv aparacaqsa, məncə, ABŞ lideri Tramp Ukraynaya qarşı hər hansı siyasi addım atmaya, yəni ona mane olmaya bilər. Çünki hazırda Avropa ilə ABŞ arasında soyuqluq maksimum həddə olsa da, ümumilikdə “Qərb dəyərləri və maraqları” tam sıradan çıxmayıb, üstəlik, Böyük Britaniya faktoru da var. Yəni bu halda Tramp Ukraynaya qarşı hərəkətlərini dayandıra, sadəcə, Avropanın Ukraynaya dəstəyini müşahidə edə bilər”,- deyə A. İsazadə əlavə edib.
Hazırda Rusiya ordusunun Ukraynaya yeni hücum əməliyyatı başlatdığını bildirən həmsöhbətimiz qeyd edib ki, Rusiya zəif olsa da, irəliləyə bilər: “Söhbət dərinliklərdən, hansısa regionların paytaxtlarını tutmaqdan getmir. Kənd-kənd, addım-addım irəliləyə bilərlər. Amma Kremlin istədiyi kimi, Ukrayna ordusunu mühasirəyə salmaq, onu darmadağın etmək mümkün olmayacaq. Ukrayna ordusu yorğun olsa da, itkilər hesabına ərazilərini müdafiə edə biləcək”.
Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri