Icma.az
close
up
RU
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... ŞOK DETALLAR

Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... ŞOK DETALLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin həbsi cəbhə bölgəsi olan ərazilərə səfərlərin  dövlət təhlükəsizliyi üçün necə mühüm olduğunu təsdiqlədi.
Xatırladaq ki, Baş Prokurorluğun məlumatında bildirilib ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyev Azərbaycan  Ordusunun döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkədə yayıb. Bununla da dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.  Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində həbs-qətimkan tədbiri seçilib.
O da qeyd edilməlidir ki, mediaturlar təşkil ediləndə bu cür məsələlərə diqqət etmək vacibdir, hər şeydən öncə iştirakçılara hansı bilgiləri verilməməsi diqqətlərinə çatdırılmalıdır. 
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, tək hərbçilər deyil, Azərbaycanın sərhəd ərazisində yerləşən mülki insanlar da diqqətli olmalıdır. Ərazilərin videosu və fotosu çəkilməməlidir: “Həmin fotolara strateji əhəmiyyət kəsb edən obyektlər də düşə bilər. Hərbçilərimiz bu məsələdə nizamnamə qaydalarına riayət etməlidirlər. Qanunlardan kənara çıxmaq qətiyyən olmaz. Hərbi hissələrin yerləşdikləri yerlər, strateji obyektlər, postlar ictimaiyyətə göstərilməməlidir. Çünki bu görüntülərə tək Azərbaycan xalqı baxmır, düşmən də xəbərləri oxuyur, izləyir. Düşmənin gözü bizdədir. Tək Ermənistanın deyil, digər dövlətlərin də Azərbaycanda marağı var. Onlara da hərbi hissələrin harada dislokasiya olunduğu maraqlıdır. Buna görə də hərbçilər və ehtiyatda olan hərbçilər qanunda nə yazılıbsa, onu etməlidirlər. Kiçik səhv böyük fəlakətə səbəb ola bilər. Sərhəd rayonlarında yaşayanlar xüsusilə məlumatlandırılmalıdır. İşğaldan azad olunmuş ərazilərə səfər edənlərə də xəbərdarlıq edilməli, onlar bilgiləndirilməlidir. Əgər bir adam hərbçidirsə, hərbi məlumatlarla bağlı bilgilidirsə, o, xüsusən diqqətli olmalıdır. Çünki hərbi hissələr ictimaiyyətə bağlı məkandır. Mən xidmətdə olarkən də kimsə hərbi hissənin şəklini çəkirdisə, saxlayıb araşdırırdım. Çünki birinci hərbi hissənin şəklini çəkmək olmaz, ikincisi isə hər kəs xoş niyyətli deyil. Biz diqqətli olmalıyıq, bu gün bizim Ermənistan kimi düşmənimiz var. Sərhəddə bizi xoşlamayan, daxilən qəbul etməyən qonşularımız var. Onların əlinə sirr vermək olmaz. Hərbi hissələrin rəhbərləri bu məsələləri nəzarətə götürməlidir, o insanlara izah etməlidirlər.  
Bu mövzuda sosial şəbəkələrdə, mətbuatda ciddi maarifləndirmə aparılmalıdır".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri