Icma.az
close
up
RU
Hərbi əməliyyatların anonsu verildi Türkiyədən son xəbərdarlıq

Hərbi əməliyyatların anonsu verildi Türkiyədən son xəbərdarlıq

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyə xarici işlər naziri Hakan Fidan son açıqlamasında deyib ki, YPG-nin fəaliyyətinə imkan verilməyəcək. Nazir bildirib ki, Suriyada fəaliyyət göstərən PKK/YPG irəli sürülən şərtləri yerinə yetirməsə, onlara qarşı hərbi əməliyyat keçiriləcək.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, uzun müddətdir, bəzi kürd qrupları və müttəfiqləri Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin kəsdiyi ərazilərə ümidlər bəsləyirdi:

“Onlar həmin ərazilərin İraqın şimalındakı Kürdüstan Regional hökumətinə bənzər muxtar kürd zonasına çevriləcəyinə ümid edirdilər. Ancaq Suriyada ABŞ-ın dəstəklədiyi kürd koalisiyası Bəşər Əsədin devrilməsindən sonra qeyri-müəyyən gələcəklə üzləşir.

Suriyanın şimalında Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu ilə ABŞ-ın çətiri altında olan Suriya Demokratik Qüvvələrinin bir-birilərinə qarşı döyüş əməliyyatları davam edir. Türkiyə Əsəd rejiminin süqutundan sonra Suriyanın şimal-şərqindəki PKK mövqelərini atəş altında saxlayır və Fərat çayı boyunca döyüş meydanlarına yaxın olan təchizat xətlərini hədəf alan zərbələrinin sayını artırır. Bununla belə, Türkiyədə Abdullah Öcalan vasitəsilə yeni “kürd açılımı” siyasəti güclənir. Bu, Türkiyənin daxili sabitlik və xarici siyasət prioritetlərindəki istəklərinin hibridi kimi şərh oluna bilər. Yəni Ankara qanundankənar PKK-nı sülh prosesi vasitəsilə tərk-silah etməyi, nəticədə ləğvinə nail olmağı hədəfləyir”.

Ekspert hesab edir ki, Ankaranın sülh planındakı PKK ilə əlaqədar prioritetlər ilk növbədə Türkiyənin daxili cəbhəsini qaydaya salmaq istəklərinin ifadəsi kimi şərh oluna bilər:

“Öcalan Türkiyə ilə hər hansı son həll razılaşmasının bir hissəsi kimi azad edilsə, ehtimal ki, Suriya və İraqdakı PKK şəbəkələri həmin qərarı tanımayacaqlar və Öcalanın liderliyinin üzərindən xətt çəkəcəklər. Lakin Öcalan daxili siyasətdə yeni fiqur kimi ortaya çıxa, Türkiyənin qarantiyası altında Suriya və İraqdakı PKK gücləri ilə rəqabət apara bilər. Göründüyü kimi, Ankara ilə PKK-nın Türkiyə qanadı arasında hər hansı bir sülh razılaşması istər-istəməz kürd koalisiyasındakı münasibətləri dəyişir. Bundan bir qədər öncə də Suriyada PKK daxilində parçalanmaların baş verməsi Ankaranın proseslərdə irəli aparılan maraqlarından xəbər verir. Lakin Türkiyə üçün İraq və Suriyada PKK təhlükəsi ilə bağlı çağırışların həlli fərqli yanaşmalar da tələb edir.

Aqşin Kərimov

ABŞ isə regional yorğunluqlardan və yüklənmələrdən dolayı Türkiyə ilə mövqe uzlaşdırılması kanallarını inkişaf etdirməyə təşəbbüslər göstərir. Rusiyanın prioriteti Ukraynaya cəmləşdiyindən və Suriyada çətinliyə düşdüyündən, nə kürdlər vasitəsilə güclü həmlə hazırlamaq strategiyasını qəbul edə bilir, nə də Türkiyə ilə konfrontasiyaya girməyi hədəfləyir. Buna baxmayaraq, Türkiyənin İraq və Suriyada anti-PKK əməliyyatları geosiyasi mübarizədəki tablonu mürəkkəbləşdirir. Hesab edirəm ki, Türkiyə regionda ən çox İsrailin kürd qruplaşmalarını yenidən tənzimlənmək səyləri ilə üzləşdiyindən fərqli meyarlarını bununla uyğunlaşdırır. Lakin Türkiyə prioritetlərini əhəmiyyətli miqyasda irəlilədir, üstəlik, İraq Kürdüstanı rəhbərliyi də Ankaranın çağırışlarını dəstəkləyir. Həmçinin bu, İraq Kürdüstanının muxtar bölgədə PKK təsirinin azaldılmasını görmək istəyindən qaynaqlanır. Eyni zamanda İraq Kürdüstanı rəhbərliyi Türkiyənin regiondakı hərbi mövcudluğunu İran təsirlərinə qarşı tarazlıq aktı kimi alqışlaya bilər”.

A.Kərimov deyib ki, başqa bir səhnədə isə İraq Kürdüstanı PKK ilə Ankara arasında mümkün danışıqlarda vasitəçilik etmək səylərini büruzə vermək istəyir:

“Bu arbitr rolu Türkiyənin PKK-nın ləğvinə yönəlik addımlarına tam cavab verə, əlavə olaraq isə Ankaranın İraq və Suriyadakı əməliyyatlarına əhəmiyyətli dəstəyin bir hissəsi ola bilər. Nəticə olaraq Türkiyə xarici işlər nazirinin açıqlaması Ankaranın PKK münaqişəsinin uğurlu həllinə yaxınlaşdığını göstərir. Bu həm də onunla əlaqəlidir ki, ABŞ qüvvələrinin Suriyada fəaliyyət göstərdiyi ərazilərdə təhlükəsizlik boşluqlarına düşməsi Türkiyənin əməliyyatlarını gücləndirir”.

Rövşən Rza
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri