Icma.az
close
up
RU
“Hərbi güc variantı hər zaman var” Rubio Danimarkanı hədələdi

“Hərbi güc variantı hər zaman var” Rubio Danimarkanı hədələdi

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Qrenlandiya ətrafında cərəyan edən proseslər diplomatik müstəvidən hərbi ritorika müstəvisinə keçir.

“AzPolitika" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio gələn həftə Danimarka rəhbərliyi ilə strateji adanın taleyini müzakirə etmək üçün görüşəcək.

Jurnalistlər qarşısında çıxış edən Marko Rubio Vaşinqtonun niyyətini gizlətməyib. O bildirib ki, məsələlərin digər yollarla həllinə üstünlük verilsə də, ABŞ Prezidentinin hər zaman hərbi gücə əl atmaq imkanı mövcuddur.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt isə Rubionun sözlərini tamamlayaraq vurğulayıb ki, Donald Tramp üçün diplomatiya "birinci variant" olsa da, o, bütün mümkün ssenariləri, o cümlədən silahlı qüvvələrin tətbiqini ciddi şəkildə nəzərdən keçirir.

"Axios" nəşrinin məlumatına görə, Vaşinqtonun bu sərtliyi Kopenhagendə və digər NATO müttəfiqləri arasında böyük təşviş yaradıb. Danimarkanın illərdir apardığı "səssiz inandırma" strategiyasının Trampa təsir etmədiyi artıq bəlli olub.

Yanvarın 6-da Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt təcili olaraq Rubio ilə görüş tələb ediblər.

Ekspertlər ABŞ-ın bu inadkarlığının arxasında iki əsas amilin dayandığını bildirirlər:

Raketdən müdafiə sistemi: adanın Avropa ilə Şimali Amerika arasındakı strateji mövqeyi ABŞ-ın raketdən müdafiə şəbəkəsi üçün həyati əhəmiyyət kəsb edir.

Təbii resurslar: Qrenlandiyanın zəngin mineral ehtiyatları Vaşinqtonun Çindən asılılığını azaltmaq planının tərkib hissəsidir.

Xatırladaq ki, həftənin əvvəlində Avropanın aparıcı dövlətləri birgə bəyanat yayaraq Qrenlandiyanın yalnız ada xalqına məxsus olduğunu və Arktikada təhlükəsizliyin kollektiv şəkildə təmin edilməli olduğunu vurğulayıblar. Lakin Tramp 2019-cu ildən bəri iddia edir ki, Danimarka adanı lazımi səviyyədə qoruya bilmir və bu boşluğu ABŞ doldurmalıdır.

Müşahidəçilər hesab edir ki, Rubionun gələn həftəki səfəri Transatlantik münasibətlərin gələcək taleyini müəyyən edəcək.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Yanvar 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri