Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Hərbi Hava Qüvvələrinin adından sui istifadə etdi həbs olundu

Hərbi Hava Qüvvələrinin adından sui istifadə etdi həbs olundu

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

İsmayıllıda Hərbi Hava Qüvvələrinin komandan müavini Zaur Rüstəmovun adından istifadə olunmaqla dələduzluq cinayəti baş verib.

Sitat.info Qaynarinfo-ya istinadən xəbər verir ki, İsmayılı rayon Kürdmaşı tam orta məktəbinin rus dili müəlliməsi Dilşad İsgəndərli qohumu İlqar Mustafayevi işə düzəltdirmək istəyirmiş. Bundan xəbər tutan həmkəndlisi Vüsal Ələkbərov Dilşad xanıma zəng vuraraq özünü Hərbi Hava Qüvvələrinin komandan müavini, general-mayor Zaur Rüstəmov kimi təqdim edib. Onun məhz Zaur Rüstəmovun adından istifadə etməsi generalın da əslən Kürdmaşı kəndindən olması ilə bağlıdır. Vüsal Ələkbərov da bundan yararlanaraq Dilşad İsgəndərlinin etibarını qazanıb və söhbət əsnasında ona hər bir işdə köməklik göstərə biləcəyini deyib. Qarşı tərəf isə öz növbəsində qohumu İlqar Mustafayevi işə düzəltmək istədiyini bildirib. Vüsal Ələkbərov həmin şəxsi Hərbi Hava Qüvvələrinə işə düzəldə biləcəyini söyləyib və bunun üçün Dilşad İsgəndərlidən 2500 manat pul istəyib.

Vüsal Ələkbərov həmin məbləği şəxsi ehtiyaclarına xərclədikdən sonra yenidən Dilşad İsgəndərliyə zəng edərək əlavə 3000 manat lazım olduğunu bildirib. Lakin bu dəfə qarşı tərəf onunla danışan şəxsin Zaur Rüstəmov olmadığından şübhələnib və Vüsal Ələkbərovdan görüntülü zəng vurmağı tələb edib. Təbii ki, Vüsal görüntülü zəng vurmayıb. Bir neçə gün sonra isə Dilşad İsgəndərli onunla danışanın Vüsal olduğunu öyrənib və bu barədə həmin şəxsin anasına xəbərdarlıq edərək polisə üz tutacağını bildirib.

Vüsal Ələkbərovun əməlləri bununla yekunlaşmayıb. O, başqa bir şəxsdən də 1500 manat alaraq qızına sosial pensiya düzəldəcəyini deyib. Lakin bu vədini də yerinə yetirməyib.

Polisə edilən müraciət əsasında saxlanılan Vüsal Ələkbərova Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı İsmayıllı Rayon Məhkəməsində aparılıb. Vüsal Ələkbərov məhkəmə prosesi zamanı ona verilmiş ittihamla özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Vüsal Ələkbərovun şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri