Hərbi hazırlıq müəllimi işləmək istəyənlərin NƏZƏRİNƏ!
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.
Redaktor.az xəbər verir ki, müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 13 fevral-19 fevral 2026-cı il tarixlərində aşağıda qeyd olunan sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, təhsil haqqında sənədin və əmək kitabçasının surəti, hərbi biletin surəti (yazılı hissələrinin), Qarabağ müharibəsində iştirakı və sosial statusu (müharibə veteranı, müharibədə əlillik dərəcəsi almış şəxs) təsdiq edən sənədin surəti (əgər varsa)) iş günləri ərzində saat 10:00-dan 17:00-dək yerli təhsil sektoruna və ya Şirvan-Salyan Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Həmçinin namizədlər qeyd olunmuş linkə daxil olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə mövcud vakansiyalarla tanış ola bilərlər. İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.
Vəzifə üzrə namizədlərə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürə uyğun suallar təqdim ediləcəkdir.
Adıçəkilən vəzifə üzrə ixtisas tələbləri ilə linkə daxil olaraq tanış ola bilərsiniz:
İmtahanın dəqiq vaxtı idarənin sosial media hesabında elan ediləcək.
Baxış sayı:265
Bu xəbər 13 Fevral 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















