Icma.az
close
up
RU
Hərbi kollektivdə koqnitiv terapiya böyük əhəmiyyət kəsb edir Məqalə

Hərbi kollektivdə koqnitiv terapiya böyük əhəmiyyət kəsb edir Məqalə

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 fevral, AZƏRTAC

Ordunun arsenalında olan silah, texnika, rəqəmsal texnologiya, həmçinin digər təchizat vasitələrinin mütəmadi olaraq yenilənməsi ilə birlikdə, hərbi qulluqçuların da mənəvi-psixoloji keyfiyyətlərinin inkişafına, psixoloji cəhətdən hazırlığına, dayanıqlığına və çevikliyinə xüsusi diqqət ayrılır. Hərbi qulluqçularda mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə olması da hərbi sahədə inkişafın, irəliləyişin baş verməsinə münbit şərait yaradır.

Bu fikirlər hərbi psixoloq Amil Məhərrəmoğlunun “Hərbi kollektivdə koqnitiv terapiya böyük əhəmiyyət kəsb edir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də idarə və təşkilatlarda psixoloji işin önəmi daim nəzərə alınmaqla müasir üsul və metodlar tətbiq edilir. Bunlardan biri də hərbi qulluqçular arasında hərbi və mülki psixoloqlar tərəfindən həyata keçirilən koqnitiv davranış terapiyasıdır. İnsanların hadisələrə verdiyi emosional və davranış reaksiyaları, münasibəti hadisələrin özündən çox həmin hadisələr barədəki düşüncələrindən asılıdır.

Məsələn, bir problemi “məğlubiyyət” adlandıranlar özünü ümidsiz hiss edə bilər, lakin eyni problemi "öyrənmə fürsəti" adlandıranlar bu problemə daha müsbət yanaşa bilərlər.

Göründüyü kimi, koqnitiv davranış fərdin şüurlu yanaşmasına əsaslanır. Təsadüfi deyil ki, hərbi xidmətin əsasını təşkil edən Sıra nizamnaməsinin ilkin müddəalarında hərbi intizamın hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslandığı vurğulanır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda mövzu çox doğma səslənir. Demək, hərbi fəaliyyətin, günün nizam qaydasının, komandir və rəis heyəti tərəfindən tapşırıqların çatdırılması və informasiya mübadiləsinin, qarşılıqlı anlaşma, fərdlərarası münasibətlər və hərbi kollektivlərin idarə olunmasının əsasında şüurlu yanaşma, yəni koqnitiv davranış dayanır.

Koqnitiv terapiya psixologiya elmində geniş yayılmış terapiya növüdür. Digər sahələrlə yanaşı, hərbi sahədə də fərdin təşvişi, həddən artıq həyəcanlanma, adaptasiya dövründə yaranmış əsəb gərginliyi nəticəsində baş verən psixoloji pozuntu, stress, stresdən sonrakı dövr, depressiya və fobiyalar kimi problemlərin həllində geniş istifadə edilir. Həmin vaxt fərdi yanaşma hər bir hərbi qulluqçunun ehtiyaclarına uyğun olmalıdır.

Düşdüyü yeni mühit, xidməti zərurətlə əlaqədar yerdəyişmələr, xidmət etdiyi bölmənin dislokasiya yerinin dəyişdirilməsi, daha öncə görmədiyi və yerinə yetirmədiyi tələblər (sonuncu əsasən gənc əsgər heyətinə şamil olunur) hərbçilərdə emosional boşluqlar və hissi gərilmələr yarada bilər. Həmin vaxt psixoloq peşəkar yanaşma ilə fərdlərdə özünəinam hissinin yaranmasına, çətinliyə fərdi və komanda şəklində qalib gələ biləcəyinə inam yaratmalıdır. Daha öncə görmədiyi mühit, yeni yoldaşlar, ciddi daxili qayda-qanun, nizam-intizam hərbi xidmətdə gözlənilən elementlərdir. Bu elementlər isə fərdlərdə xüsusi psixi hallar yaradır. Həm də nəzərə alınmalıdır ki, hərbçi xüsusi ekstremal vəziyyətlər üçün hazırlıqlı olmalıdır.

Təsəvvür edin, işinizin peşəkarısınız. Lakin çalışdığınız kollektivdə sağlam psixoloji mühit yoxdur. Bu zaman özünüzü pis hiss edəcək, ətrafa olan etibarınız azalacaq. Bu isə öz növbəsində fəaliyyətin səmərəliliyinin, faydalı iş əmsalının aşağı düşməsi deməkdir. Amma sağlam və qayğıkeş, hər zaman köməyinə çatacaq insanların olduğunu bildiyiniz kollektivdə az hazırlığa malik olsanız belə, özünüzə inamlı olacaqsınız. Eyni vəziyyət əsgərlər, hərbi kollektivlər üçün də keçərlidir. Sağlam psixoloji mühitin yaradılması kollektivin hər fərdinin vəzifəsidir. Burada komandir heyəti də mühüm rol oynayır. Komandirin şəxsi nüfuzu, nümunəvi davranışı, peşəsinə sevgiylə, vicdanla yanaşması ona qarşı əsgər heyəti arasında böyük inam yaranmasını təmin edir ki, bu da öz növbəsində qarşıya qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətli icrasında həlledici rol oynayır.

Onu da qeyd etmək lazımdır ki, psixoloji hazırlığın forması, metodları qoşun növünə və xidmət sahəsinə uyğun olaraq fərqli, dəyişkən ola bilər. Xidmət sahəsinə, kollektivin üzərinə qoyulmuş vəzifələrə uyğun psixoloji hazırlığın təmin edilməsində psixoloqların üzərinə ciddi məsuliyyət düşür.

Qeyd etmək lazımdır ki, ordu quruculuğunun müasir mərhələsində ordu psixoloqları bu istiqamətdə ciddi addımlar atırlar və nəticələrinin müsbət olduğu haqda yetərincə nümunələr var. Belə ki, mütəmadi olaraq psixoloji iş üzrə zabitlərlə seminarlar təşkil olunur. Müxtəlif ölkələrdən dəvət olunmuş peşəkar psixoloqlar tərəfindən təlimlər, seminar və işçi görüşlər keçirilir. Yerli psixologiya mərkəzləri ilə qarşılıqlı əlaqələr yaradılır. Hazırda orduda qardaş Türkiyə və digər inkişaf etmiş ölkələrdə hərbi psixoloq ixtisası üzrə təhsil almış peşəkar zabitlər xidmət edirlər.

Qabaqcıl təcrübə əsasında qazanılmış nailiyyətlər gündəlik tətbiq olunur. Psixoloqlar əsgər heyəti ilə birlikdə təlimlərə qatılır, atəş çalışmalarında iştirak edir, çöl və kazarma şəraitində onların davranışlarını müşahidə edirlər. Müşahidələr, anonim sorğular, fərdi söhbətlərin nəticələri və komandir heyətinin məlumatları əsasında psixoloji işin istiqaməti planlaşdırılır. Qrup və fərdi konsultasiyalar təşkil olunur. Görülən bütün işlər orduda döyüş qabiliyyətinin artırılması və qorunub saxlanılması üçün nəzərdə tutulub.

Sonda bir daha qeyd etmək istərdik ki, hansı sahədə və hansı kollektivdə çalışmasından asılı olmayaraq koqnitiv terapiya insanların həyat və fəaliyyətinin, peşəkar keyfiyyətlərinin yaxşılaşdırılması, həmçinin daha sağlam emosional balansın yaradılması üçün əvəzolunmaz bir vasitədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri