Icma.az
close
up
RU
Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə baş verən hadisələr sosial şəbəkələrdə və ictimai mühitdə ciddi narahatlıq doğurur. Müxtəlif valideynlər tərəfindən məktəbin rəhbərliyi ilə bağlı səsləndirilən ittihamlar artıq tək-tük iddialar səviyyəsini keçərək ardıcıl xarakter almağa başlayıb.

Redaksiyamıza müraciət edən və adının gizli saxlanılmasını istəyən bir neçə valideyn bildirib ki, məktəbin direktoru Könül Hüseynova təhsil ocağını “öz qanunları” ilə idarə edir. Valideynlərin sözlərinə görə, məktəbdə müxtəlif bəhanələrlə pul yığımı halları müşahidə olunur. Onlar qeyd edirlər ki, “fond pulu”, “təmir pulu”, “bayram tədbiri” adı altında valideynlərdən tez-tez pul tələb olunur.

KONKRET.az Həqiqixəbər-ə istinadən bildirir ki, məlumatda iddia olunur ki, yaxın günlərdə məktəbin 140 illik yubileyi keçirilib və həmin tədbirin bütün xərcləri valideynlərin hesabına başa gəlib. “O tədbirə görə hər sinifdən müəyyən məbləğdə pul yığıldı. Direktor bu məsələni açıq şəkildə etiraf etməsə də, hamı bilir ki, yubiley xərclərini dövlət yox, biz – valideynlər qarşıladıq”, – deyə şikayətçi valideyn bildirir.

Şikayətdə qeyd olunur ki, məktəb haqqında sosial mediada və bəzi xəbər portallarında dərc olunan tənqidi yazılar bir müddət sonra müəmmalı şəkildə silinir. Valideynin sözlərinə görə, direktor Könül Hüseynova bu yazıların ya pul müqabilində sildirilməsinə nail olur, ya da qardaşının yüksək vəzifədə çalışmasından istifadə edir. “Bu məktəb haqqında yazılan tənqidlər çox vaxt itib-batır. Biz valideynlər başa düşmürük, niyə belə hallara göz yumulur,” – deyə şikayətçi bildirir.

Məktəbin daxili strukturunda da maraqlı məqamların olduğu bildirilir. Valideynlərin iddiasına görə, məktəbin bir sıra texniki işçiləri və inzibati heyəti direktorun yaxın qohumlarıdır. Məsələn, Sevinc adlı qadının həm mühasibatlıq işlərinə, həm də sinif rəhbərliyinə baxdığı, eyni zamanda şagirdləri pul qarşılığında hazırladığı iddia olunur. Oxşar vəziyyətin texniki işçi “Dünya” adlı qadınla bağlı da qeyd olunduğu deyilir. “Hətta katibə işləyən Aynur xanım belə evində və ya məktəbdə rus dili fənnindən uşaqları pulla hazırlaşdırır”, – deyə valideynlərdən biri bildirir.

Bu iddialar, əlbəttə, ciddi araşdırma tələb edir. Əgər doğrudursa, bu, həm etik, həm də hüquqi baxımdan kobud qayda pozuntusu deməkdir. Təhsil müəssisəsində vəzifəli şəxslərin bu cür fəaliyyəti dövlət məktəbi anlayışına ziddir.

Valideynlər həmçinin məktəbdə şagirdlərin dərsə davamiyyətinin çox zəif olduğunu, bəzi siniflərdə nizam-intizamın pozulduğunu iddia edirlər. “Müəllimlər dərsə gəlməsə də, adları jurnalda qeyd olunur. Qəbzlə pul toplanır, amma dərs keyfiyyəti gündən-günə aşağı düşür”, – deyə başqa bir şikayətçi bildirir.

Məktəbdə gigiyenik qaydalara əməl olunmaması da qeyd olunan məsələlər arasındadır. Tualet və sanitar qovşaqların vəziyyətindən narazı qalan valideynlər bildirirlər ki, məktəbin texniki xidmət sahəsi də lazımi səviyyədə deyil. “Biz uşaqlarımızı təmiz və təhlükəsiz mühitdə oxutmaq istəyirik. Amma məktəbdə həm təmizlik, həm də nizam-intizam bərbad vəziyyətdədir”, – deyə şikayətdə vurğulanır.

Məlumatda qeyd olunur ki, Nobel muzeyinin direktoru Fuad adlı şəxs məktəbə gətirilərək orada “icma əsaslı bağça” açıb. Valideynlər bu məsələyə də aydınlıq gətirilməsini istəyirlər: “Məktəb bağça deyil, niyə orada belə bir bölmə yaradılıb və məqsəd nədir?”

Eyni zamanda iddia olunur ki, məktəbin kitabxanasında ştat yeri boş olsa da, direktor ora öz qohumunu yerləşdirib. Valideynlərin sözlərinə görə, məktəbdə “ölü canlar”ın da olduğu ehtimal edilir – yəni əmək haqqı alan, lakin faktiki işləməyən şəxslər.

Valideynlər hesab edirlər ki, bu qədər fakt və iddia ortadadırsa, Elm və Təhsil Nazirliyi məsələni diqqətlə araşdırmalıdır. “Cənab nazir Emin Əmrullayev bu məktəbdə baş verənlərdən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə tədbir görülmür? Əgər xəbərsizdirsə, o zaman araşdırma aparılmalıdır. Çünki bu cür hallar dövlət təhsil sisteminə kölgə salır,” – deyə valideynlər bildirirlər.

Qeyd edək ki, redaksiyamız qarşı tərəfin – Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın, eləcə də adları çəkilən şəxslərin mövqeyini öyrənməyə hazırdır. Məsələyə obyektiv yanaşmaq məqsədilə onların cavab haqqını tanıyırıq.

Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə səslənən bu iddialar araşdırılmağa layiqdir. Həm məktəb rəhbərliyinin, həm də Elm və Təhsil Nazirliyinin məsələyə aydınlıq gətirməsi, valideynlərin narahatlıqlarına cavab verilməsi vacibdir. Təhsil sahəsində şəffaflıq və dürüstlük prinsipləri qorunmadıqca, belə halların təkrarlanmayacağına təminat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri