Hərbi pilotlarımız növbəti təlim məşq uçuşları keçiriblər
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində "Super Muşşak" təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elan olunduqdan sonra hərbi pilotlar "Super Muşşak" təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər.
Hərbi pilotlarımızın döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Hərbi pilotlarımız növbəti təlim-məşq uçuşları keçiriblər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 28 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















