Hərbi prokuror ad gününü əsgərlərlə qeyd etdi Foto
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov doğum gününü Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda əsgərlərlə birlikdə keçirib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Əlahiddə Ümumqoşun Ordusunun ön xətt mövqelərində, Ermənistanla sərhəddə yerləşən döyüş postlarından birində təşkil edilib.
Bəhruz Əhmədov çıxışında qeyd edib ki, bu günü ailəsi ilə deyil, Azərbaycan Ordusunun igid əsgərləri ilə birlikdə keçirmək onun üçün qürurvericidir: “Əsl doğum günü, əsl həyat bu cəbhədədir. Burada vətənin keşiyində duran igidlərimizlə birlikdə olmaq mənim üçün ən böyük hədiyyədir. Onların gücü və iradəsi bizim sabitliyimizin və gələcəyimizin təminatıdır”.
Görüşdə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov da iştirak edib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















