Icma.az
close
up
RU
Hərbi prokuror Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb

Hərbi prokuror Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hərbi prokuror Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP-29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Zəfər Günü ərəfəsində Hərbi prokuror Xanlar Vəliyev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.

Hərbi Prokurorluqdan Sonxeber.az-a bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı ilə, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçularının birgə keçirdikləri tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, general-mayor Müşfiq Məmmədov, general-mayor Akif Pirverdiyev çıxışlarında istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların əldə edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından bəhs edilib.

Habelə ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən ölkəmizdə keçiriləcək COP29-un mahiyyətindən və əhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 04 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri