Icma.az
close
up
RU
Hərbi Prokurorluqda Ümummilli liderə həsr olunan tədbir keçirilib FOTOLAR

Hərbi Prokurorluqda Ümummilli liderə həsr olunan tədbir keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Dekabrın 11-də Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin və kursantlarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyi və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad edib.

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov çıxış edərək dövlət müstəqilliyimizin banisi, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər qoymasından, onun Azərbaycana rəhbərlik illərində həyatın bütün sahələrinin intibah dövrünü yaşamasından danışıb. 

Dahi liderin bütün həyatını doğma xalqına həsr etməsi, bütün dövrlərdə Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlar göstərməsi, milli maraqların müdafiəsi üçün öz həyatını təhlükəyə atmasını xüsusi qeyd olunub. 1990-cı illərdə Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi dövrdə xalq tərəfindən Heydər Əliyevin təkidlə hakimiyyətə dəvət edilməsi, qısa vaxtda vətəndaş müharibəsinin qarşısını alması, ölkənin suverenliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələrin ləğv edilməsini təmin etməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dayandırılması və ordu quruculuğuna start verilməsi, güclü Azərbaycanın qurulması istiqamətində zəruri siyasi, hərbi, iqtisadi islahatlara başlanılması əyani misallarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Ulu Öndərin 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə baxmayaraq, Azərbaycan tarixində ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması, bununla da Azərbaycanın hərbi gələcəyinin əsasını qoyması, bu məktəbin məzunları və onların davamçılarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsi ayrıca vurğulanıb.

Tədbirdə iştirak edən Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti, Dövlət Sərhəd Xidməti Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutunun rəhbər heyəti öz çıxışlarında Ulu Öndərin Azərbaycanda dövlətçiliyin əsaslarını yaratması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin təməlini qoyması, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın iqtisadi, hərbi və mədəni yüksəliş yolunu tutması, uğurlu xarici siyasət kursu barədə geniş məlumat verilmiş, ordu quruculuğu sahəsində milli siyasəti müəyyən etməsi və milli hərbi kadrların yetirişdirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətləri qeyd edilib. 

O da bildirilib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi ölkəmizin regional və qlobal mövqeyini daha da möhkəmləndirib, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün azad olunmuş torpaqlarımızda geniş bərpa və quruculuq işləri aparan dövlətimiz dünyaya sülh mesajı verir, mütərrəqqi dəyərləri təbliğ edir, regional və qlobal təşəbbüsləri dəstəkləyir və həyata keçirir.

Təhsil müəssisələrinin kursantları öz çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsil müəssisələrində təhsil almaqdan qürur hissi keçirdiklərini bildirib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Tədbirin sonunda “Əsrin adamı” sənədli filmi nümayiş etdirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri