Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyi ziyarət edilib
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı, Hesablayıcı komissiyanın üzvü, Parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü Səbinə Salmanova Sumqayıt şəhər 1, 11, 16 və 18 nömrəli məktəblərlərin şagirdləri ilə birlikdə Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edib.Hərbi Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlar muzeydəki eksponatlarla tanış olublar.Ziyarətçilərə Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulması, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsi, 487 nəfər dinc sakinin ağır yaralanması, 1275 nəfərin girov götürülməsi və hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 19 Fevral 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















