Hərbi qulluqçuların rütbə müddətləri DƏYİŞİR
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Layihə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasının dəqiqləşdirilməsini, zabitlərin əlavə təhsilinin və elmi fəaliyyətinin nəzərə alınmasını təmin edir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, layihə hərbi qulluqçuların rütbələrdə olma müddətinin tənzimlənməsini təkmilləşdirmək, eləcə də magistratura, rezidentura və doktorantura təhsili, elmi dərəcə alınması ilə bağlı müddəaları qanunvericilikdə nəzərə almaq məqsədi daşıyır.
Layihəyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi ilə müvafiq ali təhsil və elmi dərəcə əldə etmiş şəxslərin hərbi rütbədə olma müddətinin bir dəfə olmaqla bir il uzadılması nəzərdə tutulur.
Arzu Nağıyev, həmçinin leytenant hərbi rütbəsində olma müddətinin yenidən tənzimlənəcəyini bildirib. Təklifə əsasən, beşillik təhsil proqramı üzrə xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün bu müddətin iki il, aviasiya və uçuş heyətində, eləcə də sualtı qayıqlarda xidmət edənlər üçün isə bir il müəyyənləşdirilməsi nəzərdə tutulur.
Deputat vurğulayıb ki, mövcud qaydalarda təhsil müddəti fərqli olan hərbi qulluqçuların növbəti rütbə alması ilə bağlı fərqlər yaranır. Yeni dəyişikliklər bu fərqlərin aradan qaldırılmasına və eyni kateqoriyadan olan hərbi qulluqçulara bərabər yanaşmanın təmin edilməsinə xidmət edir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 23 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















