Icma.az
close
up
RU
Hərbi qulluqçumuz vəfat etdi Yenilənib Fotolar

Hərbi qulluqçumuz vəfat etdi Yenilənib Fotolar

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

***

Reportun məlumatına görə, hərbçimiz Kəngərli rayonunun Xok kəndində dəfn olunub.

B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

B.Tağıyev ailəli idi, 5 yaşlı oğlu var.


seeBaxış sayı:49
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri